Hollandiya kəşfiyyat xidməti qüdrətli Rusiya hakerlər qrupu tərəfindən idarə olunan kompüterlərə daxil olaraq onların ABŞ Demokrat Milli Komitəsinin sisteminə müdaxiləsi barədə dəlil əldə edib. Bu barədə Hollandiyada qəzet və xəbər telekanalı məlumat yayıb.
Gündəlik Volkskrant qəzeti və "Nieuwsuur" siyasi şousunda yayılan məlumata əsasən, Hollandiya Baş Kəşfiyyat və Təhlükəsizlik İdarəsi üçün işləyən hakerlər özünü “Cozy Bear” (Rahat Ayı) adlandıran qrupun istifadə etdiyi kompüterə 2014-cü ildə daxil oub, və onların fəaliyyətini azı bir il izləyib. Bu müddətdə rus hakerlər kameraya çəkilib.
Hollandiyanın yaxşı kəşfiyyat xidmətinin olmasından məmnunuq. Onlar işlərinin öhdəsindən yaxşı gəlirlər.
Hollandiya rəsmiləri məsələni şərh etməkdən imtina edirlər. Daxili İşlər Naziri Kajsa Ollongren deyib ki, o, “Hollandiyanın yaxşı kəşfiyyat xidmətinin olmasından məmnundur.”
Volkskrant və "Nieuwsuur" bildirirlər ki, hollandiyalı kəşfiyyatçılar öz imkanlarından istifadə edərək "Cozy Bear" qrupunu ABŞ Dövlət Departamentinin serverlərindən kənarlaşdırıblar. Amerikalı kəşfiyyatçılar buna görə o qədər şükran olublar ki, onlar hollandiyalı həmkarlarına tort və gül göndəriblər.
"Cozy Bear" sonradan 2016-cı il prezident seçkiləri ərəfəsində Demokrat Partiyasının kompüter sisteminə müdaxilə edən Rusiya hökuməti ilə əlaqədar haker qruplarından biri kimi müəyyən edilib. Digər qrup “Fancy Bear” (Dəbli Ayı) adlanır.
"CrowdStrike" adlı kiber təhlükəsizlik firması iki qrupun bir-birindən ayrı fəaliyyət göstərdiyini deyir.
"Cozy Bear" qrupunun ifşa olunmasl Demokrat Partiyasının kompüter sisteminə müdaxiləni araşdıran müstəntiqlər üçün dərəli tapıntı olardı. Lakin bu, insidentdən sonra baş vermiş sızmalar ətrafındakı müəmmalara son qoymaya bilər.