Accessibility links

Rusiya üçün Venesuelanın əhəmiyyəti


Rusiya üçün Venesuelanın əhəmiyyəti
please wait

No media source currently available

0:00 0:02:22 0:00

Son bir neçə həftədir baş verən hadisələr fonunda Ağ Ev Nikolas Maduroya qarşı səbrinin tükəndiyini nümayiş etdirərək, müxalifət lideri Xuan Quaydonu ölkənin müvəqqəti lideri kimi tanıyıb və Maduroya istefa verməsi üçün təzyiq göstərib. Tramp administrasiyası dövlət neft şirkəti PDVSA-ya qarşı sanksiyalar tətbiq edib və Venesuela hökümtənin son iyirmi ildə yürütdüyü uğursuz sosialist siyasətinin səbəb olduğu humanitar fəlakəti həll etmək üçün hərbi müdaxiləni nəzərdən keçirdiyinə işarə edib. Rusiya ABŞ sanksiyalarını qınayıb və Vaşinqtonu açıq şəkildə qanunsuz rejim dəiyşikliyinə yol açmaqda ittiham edib. Bəz Moskvanın yanaşması Vaşinqtona qarşı standart siyasi cavabdır yoxsa bunun arxasında başqa nə isə dayanırmı?

Bu humanitar böhranı həll etmək bütöv yarımkürə üçün zəruridir. Nikolas Maduro dünya boyu baş verən hər bir qeyri-qanuni ticarətin, o cümlədən, qanunsuz narkotik, qızıl, silah və insan alverinin episentrindədir
Ceyson Marsak

Əvvəl Hüqo Çavez, daha sonra isə Nikolas Maduro hökümətinin pis idarəçiliyi və rüşvətxorçuluğu dünyanın ən böyük neft yataqlarına sahib Venesuelanı yoxsulluq və iqtisadi hərc-mərcliyə qərq edib.

“Bu humanitar böhranı həll etmək bütöv yarımkürə üçün zəruridir. Nikolas Maduro dünya boyu baş verən hər bir qeyri-qanuni ticarətin, o cümlədən, qanunsuz narkotik, qızıl, silah və insan alverinin episentrindədir” – deyə, Atlantik Şuradan Ceyson Marsak bildirir.

BMT-nin qaçqınlar üzrə agentliyi bildirir ki, üç milyon venesuelalı ölkələrindəki böhrandan qaçıb və hazırda başqa ölkələrdə yaşayır. 2015-ci ildən bəri qaçan insanların sayı isə daha da çoxdur.

Bu axına 2018-ci ildə 80 min faizə çatan hiperinflasiya, zorakılıq, ərzaq və dərmanların kəskin çatışmazlığı səbəb olub.

Bu illər ərzində Rusiya Venesuelanın çökən iqtisadiyyatını dəstəkləmək üçün ölkəyə kredit verib.

Rusiya ABŞ-ın sanksiyalarını qeyri-qanuni adlandırıb və hər hansı hərbi əməliyyata qarşı xəbərdarlıq edib.

“Rusiyanı Venesuela nə üçün bu qədər maraqlandırır? Çünki Rusiya Nikolas Maduroya silah satır, çünki Rosneft, yəni Rusiyanın dövlət neft şirkəti Venesuelaya böyük sərmayelər qoyub” – Marsak deyir.

Reuter xəbər verir ki, Maduro 2016-cı ildə Venesuelanın ehtiyacı olduğu 1.5 milyard dollar nağd pul müqabilində ABŞ-da qərargahlanan Venesuelanın dövlət neft şirkətinə məxsus Citgo şirkətinin 49.9 faizini Rusiyanın neft şirkəti, Rosneftə, zəmanət olaraq verib.

Nikolas Maduro və Vladimir Putin
Nikolas Maduro və Vladimir Putin

Ümumilikdə 2006 ilə 2017-cı il arasında Moskva Venesuelaya azı 17 milyard dollar borc və ya kredit verib və beləcə Çindən sonra Venesuelanın ən böyük sponsoruna çevrilib.

Bəzi təhlilçilər deyir ki, ABŞ sanksiyaları Maduro hökümətinin maliyyə qaynağını kəsəcək, lakin onlar xəbərdarlıq edir ki, bu tədbirlər həm də Venesuela xalqına daha çox əzab çəkdirəcək.

Venesuela hökümətinin ərzaq və dərman idxal etmək üçün istifadə etdiyi pulun 80 faizi neftdən gəlir. Bu ərzaq və dərmanların da artıq çatışmazlığı yaşanır. Bu sanksiyaların ölkədəki humanitar böhranı dərinləşdirmək riski var. Vaşinqton Latın Amerika İdarəsinin Venesuela üzrə təhlilçisi Cef Ramsi bildirir.

Bir çox müşahidəçi ABŞ-ın iqtisadi təzyiqinin və mümkün hərbi müdaxiləsinin nəticələrini götür-qoy etdiyi bir vaxt, bu davam edən böhranın əziyyətini adi xalq çəkir.

XS
SM
MD
LG