Accessibility links

Rusiya Aİ ilə "əlaqələri kəsməyə hazırdır"


Rusiya Aİ-nın Aleksey Navalnı məsələsi ilə əlaqədar sanksiya tətbiq edəcəyi halda Avropa ilə əlaqələri kəsməyə hazır olduğunu bildirib.

Xarici işlər naziri Sergey Lavrov fevralın 12-də “Solovyev Live” YouTube kanalına müsahibəsində bildirib ki, Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq ediləcəyi və bu, ölkə iqtisadiyyatı üçün "risklər" yaradacağı təqdirdə, "onda, bəli" münasibətlər pozula bilər.

Lavrovun şərhləri diplomatik mənbələrin Aİ-ın Rusiya Prezidenti Vladimir Putinin müttəfiqlərinə qarşı səyahət qadağaları qoya və aktivlərini dondurula bilməsi ehtimal etməsindən bir gün sonra gəlib.

“Biz beynəlxalq ictimayətdən təcrid olunmaq istəmirik, amma buna hazır olmalıyıq. Əgər sülh istəyirsənsə, müharibəyə də hazır olmalısan” deyə Lavrov bildirib.

Ötən həftə Rusiyanın Aleksey Navalnıya dəstək askiyalarında iştirak etməsi ittihamı ilə bir neçə avropalı diplomatı ölkədən qovması tərəflər arasında gərginliyi dərinləşdirib.

Hər iki tərəf onsuzda Rusiyanın 2014-cü ildə Ukraynanın Krım bölgəsini ilhaq etməsindən sonra münasibətlərdə gərginlik yaşayırdı.

Almaniya Xarici İşlər Naziri Lavrovun fikirlərini "həqiqətən narahatedici və anlaşılmaz" olduğunu bildirib.

Moskva Qərbi Navalnı məsələsi ilə əlaqədar isteriya və ikili standartlar, eləcə də ABŞ və digərlərini Rusiyanın daxili işlərinə qarışmaqda günahlandırır.

Şərhlərə bax

XS
SM
MD
LG