Accessibility links

Rusiyanın qalmaqallı Avroviziya iştirakçısı diqqətin əngəllilərə yönəlməsinə səbəb olub [Video]


Ukrayna Rusiyanın 2017 Avroviziya (Eurovision) musiqi yarışması iştirakçısı, əlil arabasına məhkum Yuliya Samoylovaya qadağa qoyub. Buna səbəb onun 2015-ci ildə Rusiyanın ilhaq etdiyi Krıma səfər etməsidir. Rusiya rəsmiləri bu qadağanı əngəlillərə qarşı diksriminasiya adlandırsa da, təndiqçilər deyir ki, Moskva əngəlli insandan siyasi məqsəd üçün istifadə edir. Bundan əlavə diskriminasiya iddiası Rusiyanın əngəlli icmasından bəzilərini qəzəbləndirib. Onlar dövlət orqanlarının onları kifayət qədər dəstəklə təmin etmədiklərini deyir.

Bu il Kiyevdə keçirilən Avroviziya mahnı müsabiqəsində Portuqaliya qalib gəldi.

Yuliya Samoylova
Yuliya Samoylova

Amma Rusiya rəsmiləri müsabiqə başlamadan əvvəl, Ukraynanın rusiyalı iştirakçı Yuliya Samoylovanın müsabiqədə iştirakına qadağa tətbiq etməsinə görə etirazlara başlayıb.

“Biz təəccüblənmişdik. Biz onların əngəllilərə qarşı necə rəftar etdiyini bilmirik, amma biz belə bir şey etməzdik. Biz təəcübləndik və düşündük ki, görəsən onlar sağlam müğənninin iştirakına icazə verərlərdi, yoxsa bu təkcə əngəlli insana qarşı edilən bir şeydir”, deyə Rusiya əngəllilər icmasının Moskva şöbəsinin sədri Nadejda Lobanova bildirir.

Müsabiqədə iştirak etmək əvəzinə Samoylova Rusiyanın ilhaq etdiyi Krımda ifa edib. Amma onun Ukraynanın qara siyahısına düşməsinə səbəb də məhz elə 2015-də Krımda çıxış etməsi olub.

Tənqidçilər deyir ki, Rusiyanın Ukrayna qanunlarına əsasən Samoylovanın iştirakının qadağan ediləcəyini bilə-bilə müsabiqəyə əngəlli iştirakçı göndərməsi sinik addım idi.

Onlar ümid edirdilər ki, əngəlli iştirakçı avropalıların ürəyini yumşaldacaq. Məncə bu, çox qəddar bir qərar idi.
Veronika İvanova

“Onlar ümid edirdilər ki, əngəlli iştirakçı avropalıların ürəyini yumşaldacaq. Məncə bu, çox qəddar bir qərar idi”, deyə əlillik üzrə ekspert Veronika İvanova bildirir.

Rusiyanın Kiyevin rus iştirakçıya qarşı diskriminasiya etdiyinə dair iddiaları Rusiyanın özünün əngəllilərə dəsətək verməkdə çətinlik çəkməsi səbəbilə daha da şübhəli hal alır.

İvanovanın yaşadığı binaya əngəllilərin çıxıb-qalxmalarını asanlaşdracaq qurğuların yerləşdirilməsi üçün 5 il mübarizə aparıb.

“Bütün hər şey büroktarik proseslərə görə uzun vaxt alır, amma sonunda bunu etmək mümkün olur. Amma mən heç təsəvvür edə bilmirəm ki, kəndlərdə bunu necə etmək olar”, deyə o bildirir.

Yerli ərzaq mağazasının önündə əngəllilər üçün girişin asan olduğunu göstərən işarənin olmasına baxmayaraq, oraya daxil olmaq üçün əngəllilərin yardıma ehtiyacları olur.

Lobanova deyir ki, əngəllilər üçün ayrıca giriş yolu tələb etmək çətindir. Lakin o, 30 il öncə əngəllilərlə işləməyə başlayandan bəri Moskvada bir çox irəliləyiş olub.

Avroviziya
Avroviziya

“Moskvada küçələrdə əngəlli yox idi, çünki onların hərəkət etmələri mümkün deyildi. Təksə şəxsi maşınları olanlar bunu edə bilirdi. Onlar üçün iş tapmaq, təhsil almaq çətin idi”, o deyir.

İndi isə şəhərin əngəlli əhalisi üçün maşınlar və idmanlar mövcuddur. Təhsil almaq və işləmək isə problemli də olsa indi daha asandır.

Veronika İvanova: “Moskvada bu, o qədər də ciddi problemli deyil, çünki müxtəlif ictimai təşkilatlar çox sayda maarifləndirmə işləri aparır. Amma regionlarda problem çox böyükdür.”

Lobanovanın dediyinə görə, əngəllilər Moskvanın 85 faizində rahat hərəkət edə bilir. Bu isə regionlarla müqayisədə yüksək göstəricidir.

İvanovanın fikrincə, Rusiyanın Avroviziya iştriakçısı ilə bağlı mübahisənin bir müsbət nəticəsi oldu. O da bunun Rusiyanın əngəlli əhalisi ilə bağlı daha çox müzakirələrə səbəb olmasıdır.

XS
SM
MD
LG