Accessibility links

Rusiya araşdırma gəmisinin sərnişinləri Antarktika buzlarından xilas edilib


Onlarla sərnişin Rusiyanın araşdırma gəmisində bir həftə Antarktika buzlarında ilişib qaldıqdan sonra bu gün xilas edilib. Hava şəraitinin pis olması daha əvvəlki xilas cəhdlərini imkansız etmişdi.

Buzlara ilişib qalan Akademik Şokalskiy gəmisində olan 52 sərnişin xilas edilərək vertolyot vasitəsi ilə Avstraliya buzqıran gəmisinə götürülüb. Bir həftə çəkəcək səyahətdən sonra sərnişinlər sahilə çatacaqlar.

Rəsmilər bildirir ki, pis hava şəraiti sərnişinlərin vertoliyota qaldırılması cəhdlərini bir neçə gün ləngidib.

Daha əvvəl Çin, Avstraliya və Fransa buzqıran gəmilərinin Rusiyanın araşdırma gəmisinə yaxınlaşma cəhdləri uğursuzluqla nəticələnmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG