Rusiyanın üç peyki daşıyan raketi səmaya qalxdıqdan bir qədər sonra Qazaxıstanda icarəyə götürülmüş Baykonur kosmodromu yaxınlığında qəzaya uğrayıb.
Rusiyanın fəza agentliyinin yaydığı bəyanatda deyilir ki, Proton-M raketinin mühərriki səmaya qalxandan 17 saniyə sonra dayanıb və raket Baykonur kosmodromundan iki kilometr yüksəklikdə qəzaya uğrayıb.
Rusiya rəsmiləri İnterfaks xəbər agentliyinə qəza nəticəsində tələfat və dağıntıların olmadığını bildiriblər.
Agentlik Qazaxıstanın fövqəladə hallar naziri Vladimir Bojkova istinadən raketin yanacağının yanması nəticəsində uçuş zolağının toksik dumana büründüyü haqda məlumat verib. O, rəsmilərin ciddi ekoloji təhlükəninn yaranıb-yaranmadığını hələlik müəyyənləşdirmədiyini bildirib.
2012-ci ilin avqust ayında iki peyki daşıyan daha bir Proton-M tipli raket Baykonur kosmodrumundan səmaya qalxdıqdan sonra qəzaya uğramışdı.
Rusiyanın fəza stansiyasının rəsmiləri qəzanın mühəndislik səhvləri və istehsal qüsurları üzündən baş verdiyini bildirmişdi.