Accessibility links

Rusiya BMT-nin Suriyada kimyəvi hücumların təhqiqatı ilə bağlı qətnaməsinə veto qoyub


Rusiya Birləşmiş Millətlər Təşkilatının Suriyada kimyəvi silahlardan istifadə edilməsini monitorinq edən təhqiqatçıların mandatının uzadılmasına dair qətnaməsinə veto qoyub.

Təhqiqat BMT və Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının birgə səyləri ilə Ümumi Təhqiqat Mexanizmi çərçivəsində aparılır. Rusiyanın bu komissiyanın buraxılmasına səs verməsi qurumun aprel ayında Xan Şeyxun şəhərində hücumla bağlı hesabatını açıqlamağa hazırlaşdığı vaxta təsadüf edir. Kimyəvi hücumun Suriya hökuməti tərəfindən keçirildiyinə inanılır.

Komissiyanın mandatı noyabrın ayının ortalarında bitir, hesabatın isə cümə axşamı günü açıqlanacağı gözlənilir.

Rusiya mandatın uzadılması ilə bağlı səsvermədən öncə hesabatın müzakirə edilməsini istədiyini bildirib. Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzya isə səsverməni təxirə salmağa çalışıb.

Səfir BMT üzvlərini səsverməyə çağırmaqla “Rusiyanı gözdən salma”ğa çalışmaqda ittiham edib.

Suriyada Xan Şeyxunda kimyəvi hücum qurbanları
Suriyada Xan Şeyxunda kimyəvi hücum qurbanları

ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli deyib ki, Rusiyanın vetosu bir daha göstərir ki, Rusiya “bu silahlardan istifadə edən diktatorlar və terrorçuların” tərəfində durmaq kimi seçim edir.

“Müstəqil və texniki qurum olan Ümumi Təhqiqat Mexanizmi komissiyasının işini təzələməsini rədd etməklə Rusiya aydın göstərdi ki, dünyada kimyəvi silahlardan istifadənin dayandırılması onu narahat etmir”.

Xan Şeyxunda azı 87 insanın ölümülə nəticələnmiş hücum beynəlxalq ictimaiyyətin qınağına səbəb olmuş, ABŞ cavab olaraq Suriyada kimyəvi hücumun edildiyi bazanı raket atəşinə tutmuşdu.

Keçən ay BMT-nin təhqiqatçıları hücumun Suriyanın hərbi hava qüvvələri tərəfindən keçirildiyinə dair dəlilə malik olduqlarını bildirib. Rusiya bu iddiaları rədd edərək, hadisəyə quruda bombanın partlamasının səbəb olduğunu bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG