Accessibility links

Rusiya casusu Anna Çapmanın atasına etdiyi telefon zəngi həbsləri sürətləndirib


Rusiya casusu Anna Çapmanın atasına etdiyi telefon zəngi həbsləri sürətləndirib
Rusiya casusu Anna Çapmanın atasına etdiyi telefon zəngi həbsləri sürətləndirib

Rusiyalı casus sabiq DTK işçisi atasına zəng edib

Birləşmiş Ştatların Washington Post qəzeti Rusiya casusu Anna Çapmanın atasına etdiyi telefon zənginin Birləşmiş Ştatların kəşfiyyat rəsmilərinin onun və ABŞ-da agent kimi işləyən digər 9 rusiyalı casusun həbsini sürətləndirməsinə səbəb olduğunu yazır. Washington Post-un bu gün adını açıqlamadığı mənbəyə istinadən yazdığına görə, Çapmanın Moskvada yaşayan və sabiq DTK işçisi olmuş atasına iyun ayının 26-da etdiyi zəng izlənilib. Həmin söhbətdə Çapman atasına ondan şübhələnildiyini deyib.

Qəzet ABŞ rəsmilərinin Çapman və digər 9 nəfəri iyun ayının ortalarında həbs etməyi planlaşdırdıqlarını yazır. Lakin casuslardan biri olan Riçard Mörfinin Moskvaya səfərdən sonra ABŞ-a qayıtmayacağı ehtimalı Amerika rəsmilərini cəld hərəkət etməyə vadar edib.

XS
SM
MD
LG