Accessibility links

Rusiya "Financial Times" və "New York Times" qəzetlərini tənqid edib


Rusiyanın Xarici İşlər Nazirliyi Rusiyanın koronavirusdan ölənlərin sayının hökumət rəsmilərinin dediklərindən qat-qat çox olduğunu deyən "Financial Times" və "New York Times" qəzetlərini tənqid edib.

Məqalələrdə deyilib ki, Moskva rəsmiləri paytaxtda aprel ayında ötən ayla müqayisədə 1800 əlavə ölüm halının qeydə alındığını bildirib.

New York Times qəzeti rəsmi orqanlar tərəfindən dəqiq məlumat verilməmədiyini və rəsmi olaraq COVID-19-dan ölənlərin sayının 642-dən çox olduğunu bildirib. Məqalədə Moskvanın prezident yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının baş elmi işçisi Tatyana N. Mixaylovaya istinadən, virusdan ölənlərin sayının rəsmi saydan təxminən üç dəfə çox olduğu deyilib.

Financial Times da Sankt-Peterburq rəsmilərinin ölüm halları ilə bağlı məlumatına işarə edərək, ümumilikdə Rusiyada koronavirusdan ölənlərin sayının deyilənlərdən 70 faizdən çox ola biləcəyi qənaətinə gəlib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "dezinformasiya" adlandırdığı məqalələrə görə hər iki qəzetdən şikayətlənərək təkzib edilməsini tələb edən məktubların hər iki qəzetə cümə axşamı göndəriləcəyini deyib.

Rusiya cümə axşamı 250 mindən çox koronavirusa yoluxma, 2.305 ölüm halının olduğunu bildirib. Ölüm halları ilə bağlı sayın aşağı olması qərbdə suallar doğurur. Bəzi tənqidçilər bunun daha yüksək ola biləcəyini düşünür.

Amerika İcmalı

Amerika İcmalı - 23 İyul 2021
please wait

No media source currently available

0:00 0:29:57 0:00
XS
SM
MD
LG