Accessibility links

Putin Rusiya qanunlarının beynəlxalq hüquq normalarından üstün olmasını təklif edir


Martın 2-də Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına konstitusiyaya dair dəyişiklikləri ikinci oxunuşa göndərib.

Dövlət Duması sədrinin müavini Petr Tolstoyun sözlərinə görə, düzəlişlər arasında nikah kimi yalnız kişi ilə qadın birliyinin tanınması ilə bağlı bir bənd var. Tolstoy düzəlişin "Böyük Pasxa orucunun ilk günü" təqdim edildiyini xüsusilə vurğulayıb.

"Mən məmnunam ki, bu düzəliş dövlət başçısı tərəfindən imzalandı" deyə, Tolstoy qeyd edib.

Daha əvvəl Putin ənənəvi ailə dəyərlərini, o cümlədən ailənin ənənəvi tərkibini qorumağın doğru olduğuna inandığını bildirmişdi.

Dumaya göndərilən düzəlişlər arasında aşağıdakılar yer alır:

  • İkinci Dünya Müharibəsində insanların uğurlarının kiçildilməsinin qarşısının alınması;
  • Rusiya Federasiyasının SSRİ-nin davamçısı olması;
  • Rusiya Federasiyasının ərazilərinin ayrılmasına çağırış və fəaliyyətin yolverilməzliyi;
  • Uşaqlar Rusiya Federasiyasının ən vacib varlığı hesab edilməsi;
  • Rusiya xalqına Rusiya üçün "dövlət təsisçisi", rus dilinə isə dövlət dili kimi baxılması.

Putin Rusiya Federasiyasının Konstitusiyasına dəyişiklik edilməsi planlarını 15 yanvar 2020-ci ildə Federal Məclisə göndərdiyi müraciət zamanı açıqlamışdı. Yanvarın 20-də dəyişikliklər haqqında qanun Dövlət Dumasına təqdim edilmişdi və yanvarın 23-də deputatlar tərəfindən birinci oxunuşda baxmışdı.

Hakimiyyətin Dövlət Dumasına ikinci oxunuş üçün göndərəcəyini vəd etdiyi Konstitusiyaya edilən digər dəyişikliklər arasında bunlar var:

  • Rusiya qanunlarının beynəlxalq hüquq normalarından üstünlüyü (dəyişiklik beynəlxalq məhkəmələrin, xüsusən Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) və Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarına əməl etməməyə imkan verəcək);
  • başqa ölkələrdə vətəndaşlıq və ya yaşamaq icazəsi almış şəxslərin daha yüksək vəzifələrin tutması məhdudiyyəti;
  • yüksək vəzifəli məmurların xaricdə hesablara və ya digər aktivlərə sahib olmalarına qadağa; (fevralın 26-da Putin bu düzəlişi öz razılığı ilə təsdiqləyib)
  • bələdiyyələrin regional idarəçiliyin "şaquli" formalaşdırılması;
  • pensiyaların və sosial müavinətlərin indeksləşdirilməsi.

Dövlət Dumasına göndərilən düzəlişlərə baxılması çox güman ki, mart ayında baş tutacaq. Konstitusiyaya dəyişikliklərlə bağlı ümumrusiya səsverməsi aprelin 22-nə təyin edilib. Rusiyada səsvermə həftə sonu bir gün olacaq: Kreml bu yolla seçki məntəqələrinə daha çox adamın gələcəyini gözləyir.

XS
SM
MD
LG