Accessibility links

Ermənistan parlamenti Rusiya ilə qaz sazişini ratifikasiya edib


Müxalifətin etirazlarına baxmayaraq, Ermənistan parlamenti Rusiya ilə qaz sazişini ratifikasiya edib.

Sazişlə bağlı səsvermə müxalifət tərəfindən boykot edilib. Razılığa əsasən Rusiyanın Gazprom şirkəti Ermənistanın ArmRosqazprom təbii qaz şirkətinin tam nəzarətini ələ keçirir.

Əvvəllər Rusiya bu şirkətin 80 faizinə sahib idi. Gazprom Ermənistanın qaz idxalına 2043-cü ilədək nəzarət edəcək.

Ermənistanın enerji naziri Armen Movsisyan deyib ki, razılıq Ermənistanın onsuz böyük olan borclarını siləcək.
XS
SM
MD
LG