Accessibility links

Rusiyada Facebook bloklana bilər


Rusiyada Facebook sosial şəbəkəsinin fəaliyyəti şirkət istifadəçilər haqda məlumatların ölkəyə köçürülməsinə dair əməl etməsə bloklana bilər. Bunu İnterfaks agentliyinə Roskomnadzor-un rəhbəri Aleksandr Jarov bildirib.

2014-cü ildə qəbul edilmiş qanuna əsasən, telekommunikasiya şirkətləri rusiyalı istifadəçilər haqda məlumatları Rusiya daxilində saxlamalıdır. Qanun tənqidlərə səbəb olmuş və onun Rusiya hökumətinin şirkətləri istifadəçilər haqda məlumatları təhvil verməyə məcbur etmək məqsədi daşıdığı deyilmişdi.

Jarov müxbirlərə deyib: “Qanun hamı üçün məcburidir. Biz Facebook-un qanuna əməl etməsi üzərində işləyəcəyik. Bu, yəqin ki 2018-ci ildə baş verəcək.”

Jarov bildirib ki, Facebook qanuna əməl etməsə, şirkətin Rusiyada fəaliyyəti qadağan ediləcək.

Rusiya rəsmiləri keçən il LinkedIn populyar şəbəkəsinin Rusiya qanunlarına əməl etmədiyini bildirərək, şirkəti bloklayıb.

XS
SM
MD
LG