Accessibility links

15 yaşlı Alina Zagitova Rusiya Olimpiya idmançıları komandasına ilk qızıl qazandırdı


Alina Zagitova
Alina Zagitova

Rusiyalı yeniyetmə Alina Zagitova Pxençxanda Qış Olimpiya Oyunlarında Rusiyanın Olimpiya idmançıları komandasına ilk qızıl medal gətirdi. Zagitova gümüş medal alan komanda yoldaşı Yevgeniya Medvedevanı olduqca qısa fərqlə üstələyə bilib.

15 yaşlı fiqurlu konkisürən bütün elementləri qüsursuz icra edərək, çıxışına görə ən yüksək-156.65, ümumilikdə isə 239.57 bal toplayıb.

Zagitovanın bəstəkar Leon Minkusun “Don Kixot” baletinin musiqisi əsasında kompozisiyası öz quruluşu və bədii üslubuna görə olduqca yüksək qiymətləndirilib.

Alina Zagitova və Yevgeniya Medvedeva
Alina Zagitova və Yevgeniya Medvedeva

Sərbəst ifa kateqoriyasında sonuncu çıxış edən Yevgeniya Medvedeva da texniki baxımdan mürəkkəb proqram və yüksək ifaçılıq nümayiş etdirib, lakin Zagitovadan yalnız 1.31 bal geri qalaraq, ikinci yeri tutub.

Zagitova və Medvedeva nəticələrin elan olunmasından sonra bir-birini təbrik edib.

Hər iki fiqurlu konkisürən eyni məşqçi ilə işləyir.

Rusiya prezidenti Vladimir Putin Zagitova və Medvedeva, eləcə də onların məşqçisi Eterei Tutberidzeyə təbrik teleqramı göndərərək, onları “2018 Oyunlarında parlaq nəticələr və gözəl çıxışlara” görə təbrik edib.

Zagitova və Medvedevanın çıxışları Rusiya idmançılarının bu növdə beynəlxalq səviyyədə üstünlüyünün göstəricisi hesab edilir.

Qadınlar arasında fiqurlu konki sürmə yarışlarında bürünc medalı Kanada idmançısı Kaetlin Osmond qazanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG