Accessibility links

Daha iki QHT Rusiya Federasiyası ərazisində "istənilməyən" təşkilatlar siyahısına əlavə edilib


Rusiyanın Baş Prokurorluğu ABŞ-da yerləşən daha iki QHT-ni Rusiya Federasiyası ərazisində istənilməyən təşkilatlar siyahısına əlavə edib.

Beynəlxalq Respublikaçılar İnstitutu (İRİ) və İnvestisiya İnkifaş Fondunun (MDİF) fəaliyyəti Rusiyanın konstitusional sisteminə hədə kimi qiymətləndirilib.

Vaşinqtonda yerləşən IRI ABŞ Konqresi tərəfindən maliyyələşdirilir. Bu təşkilatın idarə heyətinə Arizona senatoru Con Makkeyn rəhbərlik edir.

Təşkilat demokratiyanın mövcud olmadığı regionlarda onun təbliği ilə məşğul olur.

Nyu-Yorkda qərargahlanan () isə maliyyə və texniki yardımlarla müstəqil mətbuat və informasiya şirkətlərinə dəstək verir.

Mart ayında Rusiyada Milli Demokratiya İnstitutu (NDİ) " istənilməyənlər " siyasına salınmışdı.

XS
SM
MD
LG