Accessibility links

Rusiya idmanı yeni sanksiyalarla üz-üzə


Rusiyaya anti-dopinq idarəsi ilə əməkdaşlığa davam etmədiyi üçün qlobal idman tədbirlərində, o cümlədən gələn il Tokio Olimpiyadasında iştiraka dörd illik qadağa qoyulur.

Çərşənbə axşamı Dünya Anti-Dopinq Agentliyinin (DADA) tələblərə əməl etmə qrupunun qadağa haqda tövsiyələri açıqlanıb. Bu tövsiyələr araşdırma zamanı rusiyalı məmurların idmançıların həqiqi narkotik maddələrdən istifadə testlərini saxtalaşdırmasından sonra ictimaiyyətə təqdim edilib. Sözügedən təhlillər cari ilin əvvəlində Moskva laboratoriyasında aparılmışdı.

Anti-Dopinq Agentliyinin icrai komitəsi dekabrın 9-da Parisdəki iclasda sanskiyalarla bağlı yekun qərarını bildirəcək. Bu qərara əsasən, “hüquqi və ya praktiki olaraq maneə olmadıqda” ölkəyə verilmiş idman tədbirlərinin Rusiyadan alınması nəzərdə tutulur. Rusiya dövlət rəsmilərinə də növbəti 4 il ərzində tədbirlərdə iştirakına məhrumiyyətlər qoyulacaq. Qadağa zamanı ölkənin bayrağı dünyanın idman turnirlərində dalğalanmayacaq.

Mütəxəssis qrupunun qadağasına əsasən Rusiya futbol millisi Qətərdə keçiriləcək 2022-ci ildə keçiriləcək dünya kuboku turnirində iştirak etməyə bilər, amma Avro-2020 regional turnir olduğundan Sankt Peterburq 4 oyuna ev sahibliyi edə biləcək.

Rusiya rəsmiləri 4 illik bir qadağanın məhvedici və ədalətsiz olacağını bildirir. Rusiya Anti-Dopinq İdarəsinin rəhbəri Yuri Qanus yerli idmançılara belə bir qadağanın tətbiqinin faciə olacağını söyləyib.

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG