Accessibility links

Almaniya Rusiya iqtisadiyyatını müasirləşdirməyə kömək edəcək


Dmitri Medvedev Almaniya kanslerinə deyib ki, o, ölkəsinin iqtisadiyyatını müasirləşdirməyə kömək etmək üçün alman sərmayəsinə güvənir

Rusiya prezidenti Dmitri Medvedev Almaniya kansleri Angela Merkelə deyib ki, o, ölkəsinin iqtisadiyyatını müasirləşdirməyə kömək etmək üçün alman sərmayəsinə güvənir. Prezidentlər bu günün sonunda iki dövlət arasında bir sıra ticari və iqtisadi əlaqələri möhkəmləndirməkdən əvvəl Rusiyanın Yekaterinburq şəhərində danışıqlar üçün görüşüblər. Ortaq layihələrdən biri külək enerji stansiyası inşa etməkdir. Rusiya Dəmir Yol və Almaniya Siemens şirkətlər qrupu imzalamaq üçün razılıq hazırlayıblar. Cənab Medvedev alman bizneslərini bu yaxınlara qədər xaricilərə qadağan edilmiş sahələrə sərmayə yatırmağa çağırır. Almaniya Rusiyanın əsas iqtisadi tərfədaşıdır və iki ölkə arasında sıx diplomatik münasibətlər var.

XS
SM
MD
LG