Accessibility links

Rusiyanın yeni informasiya təhlükəsizliyi doktrinası hökuməti internetin idarə işini sistemləşdirməyə çağırır


Rusiyanın yeni informasiya təhlükəsizliyi doktrinası hökuməti internetin idarə olunması işini sistemləşdirməyə çağırır. Prezident Vladimir Putinin imzaladığı doktrina dekabrın 6-dan qüvvəyə minib.

16 səhifəlik sənəddə internetin Rusiyanın təhlükəsizliyinə və milli maraqlarına təhlükəsindən, görülməli tədbirlərdən geniş şəkildə bəhs olunur. Ən çox müzakirə edilən terror təşkilatlarının təbliğat cəhdlərinin, eləcə də kompüterlərə kiber-hücumların və kiber-casusluğun qarşısını almaq yönündə görüləcək işlərdir.

Sonda Rusiyada internetin idarə olunması sistemini yaradılmasının vacibliyi vurğulanır. Bu isə Rusiyada internetə nəzarətin güclənəcəyindən ehtiyatlanan fəalların narahatlığına səbəb olub.

İnternetdə təhlükələrdən qorunmanın vacibliyini vurğulayan V.Putin hökumətinin özü digər ölkələrə kiber-hücumlarda günahlandırılır. Vaşinqton Moskvanın eyni taktikadan istifadə edərək, ABŞ-da seçkilərə təsir etməyə cəhd göstərdiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG