Accessibility links

Rusiyanın İtaliyaya yardımı güc və nüfuz nümayişi kimi qiymətləndirilir


Koronavirusun yayılması ilə mübarizədə Rusiyanın yardımla dolu hərbi təyyarələrini İtaliyaya göndərməsi Avropa Birliyinin böhran içərisində olan üzvünə təcili yardım göstərməkdə bacarıqsız olduğunu göstərib və prezident Vladimir Putinin ölkəsində və xaricdə təbliğinə səbəb olub.

İtaliya son dörd gündə göndərilən zərərsizləşdirmə bölmələri və hərbi tibb işçilərinə görə Rusiyaya minnətdarlığını və bunun Avropanın cüzi yardımı ilə ziddiyyət təşkil etdiyini bildirib.

Lakin Avropa İttifaqı və NATO-nun yüksək səviyyəli diplomatları və rəsmiləri bu yardımı dəstək kimi deyil, daha çox Rusiyanın gücünü göstərən və nüfuzunu artıran geosiyasi bir hərəkət kimi qiymətləndirib.

"İtalyanlar yardım üçün ümumi bir müraciət edir və ruslar hərbi təyyarələrlə hərbi həkimlər, hərbi texnika göndərir" - deyə, Avropa İttifaqının yüksək səviyyəli diplomatı bildirib. "O, siqnal göndərir" - deyə, o əlavə edib.

Rusiyanın qaz idxalı İtaliyanın elektrik stansiyalarına yanacaqla yardım edib və Roma uzun müddətdir ki, 2014-cü ildən, Rusiyanın Krımı ilhaq etməsindən bəri Avropa Birliyini Moskvaya tətbiq olunan sanksiyaları yumşaltmağa çağırıb. Moskva Ukraynadakı separatçılara dəstək verdikcə cəzalar dəfələrlə yenilənib.

Roma Rusiyanın yardımı geosiyasi maraqlarına görə etdiyi barədəki fikirləri rədd edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG