Accessibility links

ABŞ Rusiyanın "kiber aktyorlarının" qara siyahısını hazırlayıb


ABŞ Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxiləsi ilə bağlı "kiber aktyorların" qara siyahısını hazırlayıb.

Amerikanın Maliyyə Nazirliyi bu ittihamlarla artıq 13 rusun və Rusiyanın Hərbi Kəşfiyyat Təşkilatına sanksiyalar tətbiq edib.

Sanksiyalar Rusiyanın davam etməkdə olan mənfur hücumlarının qarşısını almağa yönəlib

Sanksiyalar Robert Müllerin xüsusi araşdırmalar komissiyasının ittihamlarından sonra bəyan edilib.

Sank-Peterburqun İnternet Araşdırmaları Agentliyi seçkilərlə bağlı yalan məlumatlar yayıb.

Maliyyə naziri Stiv Mnuçin Tramp administrasiyası Rusiyanın kiber-hücumlarına müqavimət göstərdiyini bildirib. Nazir deyib ki, sanksiyalar Rusiyanın davam etməkdə olan mənfur hücumlarının qarşısını almağa yönəlib.

Tramp Rusiyanın seçkilərə müdaxiləsinə dair bildirib ki, bunu digər ölkələr və fərdlər də edə bilərdi.

ABŞ prezidenti seçki kampaniyasının Rusiya ilə əlaqədə olmasına dair iddiaları gülünc adlandırıb.

Nazirliyin tətbiq etdiyi sanksiyalar 19 fərdi və 5 təsisatın Amerika ilə biznes əlaqələrini yasaqlayır.

NotPetya virusu
NotPetya virusu

Bildirilir ki, 2017-ci ilin iyun ayında NotPetya hücumu da daxil edilməklə, Rusiya sabitsizləşdirici fəaliyyətlərini davam etdirir.

Həmin hücum zamanı Avropada bir sıra şirkətlərə ziyan dəymişdi. Britaniya xəbərdarlıq edib ki, Qərb daha belə «məkrli» fəaliyyətə dözməyəcək.

NotPetya kiberhücumu Ukraynada başlanıb, hökumətə, şirkətlərə ziyan vurub, daha sonra Avropa və digər yerlərə yayılıb. Bu virusun şirkətlərə 1.2 milyard dollar ziyan vurduğu bildirilir.

XS
SM
MD
LG