ABŞ Konqresinin hər iki partiyası Rusiyanın ABŞ-dakı seçkilərə təsiri ilə bağlı araşdırma aparılması təkidlərini davam etdirir. Baxmayaraq ki, bu, Rusiyanın müdaxiləsi olmadığını iddia edən ABŞ-ın növbəti prezidenti Donald Trampla qarşıdurma yarada bilər.
Rusiya hər iki tərəfindən də məlumatlarını əldə edib. Lakin seçkilərin nəticələrinə təsir göstərmək üçün WikiLeaks-də yalnız bir tərəf haqda məlumat yayıb
Oktyabr ayında ABŞ rəsmiləri Demokrat Partiyasının strukturuna qarşı kiber- hücumlar və Klintonun seçki komandasının elektron poctlarını sındırmasının Rusiyanın yüksək səlahiyyətli rəsmilərinin işi olduğunu bildirmişdi.
ABŞ-ın iki konqresmeni - Erik Suoluell və Elandja Kamminqs hər iki partiya üzlərinin iştirakı ilə araşdırmalarla bağlı komissiya təsis edilməsinə çağırıb.
Onların çağırışı hər iki partiyanın da dəstəyini qazanıb. Respublikaçı senator Lindsi Qrem deyib ki, rus kiber-hücumlarına dair təhqiqat başladılacaq.
Cavabsız qalan sual isə rus hakerlərinin Klinton komandasının elektron məktublarını necə ələ keçirməsidir. Bu yolla onlar seçiciləri Trampa səs verməyə yönəltmiş olub.
Senatın komitə üzvü Dayan Faynsteyn Amerikanın Səsinə deyib ki, Rusiya hər iki tərəfindən də məlumatlarını əldə edib. Lakin seçkilərin nəticələrinə təsir göstərmək üçün WikiLeaks-də yalnız bir tərəf haqda məlumat yayıb.