Accessibility links

Rusiyada koronavirusun durumu kritik həddə çatıb


Rusiyada COVID-19-dan ölənlərin və virusa yoluxanların sayında yeni rekordlar əldə edilib. Son bir sutka ərzində 32196 yeni yoluxmalar və 999 ölüm halı qeydə alınıb.

Bu haqda operativ qərargah məlumat verib.

Beləliklə, artıq 3-cü gündür ki, göstəricilər rekord həddədir. Son bir ay ərzində rekord görtəricilər 13 dəfə qeyd edilib.

İlhaq edilmiş Krım da daxil edilməklə, Rusiyada rəsmi göstəricilərə görə yoluxanların sayı 8 milyona yaxınlaşıb. Pandemiyanın başlanğıcından bəri 221 min insan həyatını itirib.

Müstəqil demoqraflar Rossatın statistikasına görə, hesab edirlər ki, göstəricilərin olduğundan minimum 3 dəfə aşağıdır. Ölənlərin ümumi sayı isə 660 mindir.

40 saylı xəstəxananın baş həkimi Denis Prosenkonun bildirdiyinə görə, Rusiyada koronavirusun durumu kritik həddə çatıb. Belə ki, xəstəxanalara hədsiz sayda pasiyent gətirilir. Həkim bunu vaksinasiya ilə izah edərək, vəziyyətin təəccüb doğurmadığını deyib.

Epidemioloji vəziyyətin kəskinləşməsi ilə əlaqədar bəzi regionlarda peyvəndlənmiş və artıq xəstələnmiş vətəndaşların müəyyən kateqoriyalarına QR kodları tətbiq edib.

Moskva meri Sergey Sobyanin "bəzi" yeni məhdudlaşdırıcı tədbirləri istisna etməyib. Lakin o, şəhərin tamamilə dayandırılmasının mümkün olmayacağını deyib.

Kreml bölgələrin qapanmasını "arzuolunmaz ssenari"adlandırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya-Ukrayna gərginliyi fonunda Bayden-Putin görüşü baş tutub
please wait

No media source currently available

0:00 0:12:27 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG