Accessibility links

Rusiya tənəzzül edən iqtisadiyyatını canlandıra biləcəkmi?


Rusiya tənəzzül edən iqtisadiyyatını canlandıra biləcəkmi?
please wait

No media source currently available

0:00 0:02:09 0:00

Moskva artıq ikinci dönəm karantindədir, çünki paytaxtda və Rusiya boyu koronavirusa yoluxma hallarının sayı artmaqda davam edir. Hökumət səhiyyə sistemi ilə bağlı tənqidlərlə üzləşir. Belə ki, Rusiyanın koronavirusa görə qapanmalardan sonra tənəzzül edən iqtisadiyyatını necə canlandırılacağında qeyri-müəyyənlik mövcuddur.

Moskva Rusiyanın baş naziri Mixail Mişustin də olmaqla, on minlərlə insanın yoluxduğu COVID-19 pandemiyanın mərkəzidir. Rəsmilər vəziyyətin tam nəzarət altına alındığını desələr də, şəhər xəstəxanaları təcili yardım işlərini həyata keçirə bilmədikləri üçün tənqid edilir. Tənqid edənlərə həkimlərin həmkarlar ittifaqı da daxildir. Doktor Anastasiya Vasilyeva: "Hazırda xəstəxanalar həddindən artıq doludur və Moskva rəsmiləri tibbi yardım göstərmək üçün uyğun olmayan müalicə məntəqələri qurmalı olur. Həmin məntəqələr isə heç bir epidemioloji tələblərə cavab vermir, havalandırma sistemi və s. avadanlıqlar yoxdur. Bundan əlavə, tibb işçiləri çatmır.”

Virusun sürətlə yayılması təcrid prosesini may ayının ortalarına qədər uzatmağa məcbur etdi. Rusiyanın ən böyük Qələbə Günü şənlikləri təxirə salınaraq, hava şousu ilə əvəz edildi. Lakin təhlilçilərin dediyinə görə, Putinin "ödənişli məzuniyyətlərin" bağlandığını elan etməsi ilə Rusiyanın biznes sektorunun çiyinlərinə əlavə yük gətirən iqtisadi təsirlər rusların böyük narahtlığına səbəb olub. İqtisadçı Dmitriy Potapenko: "Özəl bizneslər haqqında danışsaq, kiçik bizneslər təxminlərimə görə 90 faiz, orta bizneslər isə 50 faiz azalacaq."

Moskva iqtisadiyyatı durğun vəziyyətdədir , və necə nə vaxt yenidən işə düşəcəyi bəlli deyil. "Karantin heç bir şəkildə vəziyyəti qurtarmayacaq. Virusoloqların dediyi kimi, millətin təhlükəsizliyini təmin etmək üçün "cəmiyyətin immuniteti olmalıdır". Bu isə o deməkdir ki, əhalinin 60 faizi xəstəliyə yoluxmalıdır" - deyə, Dmitriy Potapenko bildirir.

Ölkənin iqtisadi gələcəyi şübhə altındadır və bir peyvənd barədə hələ xəbər yoxdur. Rusiyalıların bəziləri dinə üz tutur və yuxarıdan xoş xəbər ümidi ilə yaşayır.

XS
SM
MD
LG