Accessibility links

Peskov: Sabiq rusiyalı casus və onun qızının zəhərlənməsində Kremlin günahlandırılmasını qəbuledilməzdir


Rusiya Kremlin sabiq rusiyalı casus və onun qızının zəhərlənməsində günahlandırılmasını qəbuledilməz adlandırıb.

Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. Peskov bildirib ki, Britaniya hüquqi yardım tələb etmədiyi üçün Rusiya şübhələnilən rusiyalı agentlərilə bağlı istintaq aparmağı lazım görmür.

Britaniyanın prokurorları Rusiyanın iki vətəndaşını mart ayında keçmiş rus casus və onu qızını zəhərləndirməklə qətlə cəhddə itiham edib.

Sergey Skripal və onun qızı Yuliya Britaniyanın cənubundakı Salsböri şəhərində alış-veriş mərkəzinin qarşısında skamyada huşlarını itirmiş vəziyyətdə aşkar edilmişdilər. Təhqiqatçılar onların Sovet dövründə istehsal edilmiş əsəb qazı "Noviçok"la zəhərləndiklərini müəyyən edib.

Kral Prokurorluq Ofisinin hüquqi xidmətlər şöbəsinin direktoru Syu Hemminq Aleksandr Petrov və Ruslan Boşirova qarşı kimyəvi silahlara dair qanunu pozaraq, "Noviçok"dan istifadə edilməsi, Sergey Skripal və onun qızı, eləcə də zəhərlənən Britaniya polisini qətlə yetirmək cəhdinə görə ittihamların irəli sürülməsi üçün kifayət qədər dəlil olduğunu bildirib.

Hemminq bidirib ki, Britaniya Rusiyadan onların təhvil verilməsini istəməyəcək, belə ki, Rusiya konstitusiyası ölkə vətəndaşlarının esktradisiya edilməsinə icazə vermir. Lakin o bildirib ki, başqa ölkələrə səfər etdikləri halda onların Avropada həbsinə order verilib.

Polis Aleksandr Petrov və Ruslan Boşirovun 40 yaşlarında olduğunu, onların Skripalların zəhərlənməsindən iki gün əvvəl Rusiya pasportları ilə Moskvadan Londona ulduğunu bildirir.

XS
SM
MD
LG