Accessibility links

Rusiya liderləri terror hücumuna görə qisas alacaqlarını deyirlər


Dmitri Medvedev bütün Rusiya aeroportlarında və dəmiyol vağzallarında təhlükəsizliyin gücləndirilməsinə göstəriş verib
Dmitri Medvedev bütün Rusiya aeroportlarında və dəmiyol vağzallarında təhlükəsizliyin gücləndirilməsinə göstəriş verib

Rusiya liderləri Moskvanın ən iri aeroportunda törədilən partlayışın günahkarlarını tapacaqlarına söz veriblər. Həmin hücumda 35 adam həlak olmuş, 110 nəfərsə yaralanmışdır. Prezident Dmitri Medvedev deyib ki, Domodedovo aeroportunda hücuma görə məsuliyyət daşıyanlar “məhv edilməlidir”. Baş nazir Vladimir Putin “qisasın qaçılmaz” olduğunu bəyan edib. Cənab Medvedev habelə bomba hücumuna rəvac verən şəraiti sərt tənqid edib. Prezidentin sözlərinə görə aeroportlarda təhlükəsizlik baxımdan anarxiya hökm sürür. O, bütün Rusiya aeroportlarında və dəmiyol vağzallarında təhlükəsizliyin gücləndirilməsinə göstəriş verib. Şahidlər əlində çanta tutmuş bir kişinin partlayış törətdiyini deyirlər. Deyilənə görə onun yanında duran qadın partlayışın törədilməsində yardımçı olub.

XS
SM
MD
LG