Accessibility links

Rusiya müxalifəti Putinin "hakimiyyətdə qalmaq" planına qarşı mitinq planlaşdırır


Vladimir Putin

Rusiyanın Kreml əleyhdarı müxalifəti Prezident Vladimir Putinin Konstitusiyaya təklif etdiyi dəyişikliklərə etiraz olaraq gələn ay böyük bir etiraz nümayişi planlaşdırdığını bildirib. Müxalifət bu dəyişikliklərin Putinin prezidentlik müddəti bitdikdən sonra da hakimiyyətdə qala bilməsi üçün irəli sürüldüyünü hesab edir.

Putin keçən həftə gözlənilmədən Dmitri Medvedevin hökuməti ilə birlikdə vəzifəsindən istefa etməsinə gətirib çıxaran siyasi addım atdı.

Bir çoxları 67 yaşlı Putinin prezidentlikdən kənarda yeni güc mərkəzləri yaratmaqla bağlı Konstitusiyaya təklif etdiyi dəyişikliklərin onun 2024-cü ildən sonra da hakimiyyəti əlində saxlaması üçün atılan addım kimi dəyərləndirir.

Müxalif siyasətçi İlya Yaşin bazar ertəsi açıqlayıb ki, müxalifət fevralın 29-da Moskvada Putinin təşəbbüsünə qarşı etiraz yürüşü keçirməyi planlaşdırır.

"Cəmiyyətin böyük kütləvi etiraza ehtiyacı var" yazan Yaşin Putinin dəyişikliklərinin "əbədi hökmranlıq etmək" üçün atılan addım olduğunu deyib.

“Əsas hədəfi hakimiyyətin rotasiyasına çağırış və hakimiyyətin qəsb olunmasına etiraz etmək olan bir siyasi yürüş keçirəcəyik” - deyə, Yaşin bildirib.

Yaşin deyib ki, artıq etiraz aksiyası ilə bağlı Moskva rəsmilərinə razılıq müraciəti göndərilib. O həmçinin bu mitinqə müxalif siyasətçi Aleksey Navalnının Korrupsiyaya Qarşı Fondu də daxil olmaqla, bir çox anti-Kreml qrup tərəfindən dəstək verildiyini bildirib.

Navalnı öz növbəsində Yaşinin bu açıqlamasını sosial media saytında paylaşıb.

XS
SM
MD
LG