Accessibility links

Rusiya məhkəməsi AzadlıqRadiosunu cərimələyib


Rusiya məhkəməsi AzadlıqRadiosunu rus redaksiyasını hökumətin "xarici agent"lərlə bağlı qanununa əsaslanaraq, cərimələyib.

Bununla bağlı iyulun 5-də Moskva məhkəməsi AzadlıqRadiosunun 100 min rubl (1600 dollar) cərimə kəsib. Müdafiə tərəfinin iclası təxirə salınması ilə bağlı vəsatəti təmin edilməyib.

AzadlıqRadiosu bildirir ki, bu hüquqi imkanlara narahatlıq yaradır. Məhkəmənin qərarı isə Azadlıq Radiosunun və onun Rusiyada çalışan əməkdaşlarına qarşı təhdid kimi dəyərləndirilir.

Azad Avropa və Azadlıq Radiosunun prezidenti Tomas Kend məhkəmə qərarını radionun və onun əməkdaşlarının Rusiyadakı işinə əngəl kimi qiymətləndirib.

"Rusiyada fəaliyyət göstərən bu xarici medialar arasında, yalnız ABŞ Konqresinin maliyyələşdirdiyi media "xarici media agenti" kimi tanındı. Biz bu qanunun yalnız bizi hədəf aldığını düşünürük. ABŞ qanunları bizim müstəqilliyimizə təminat verir. Bizim hər hansı dövlətin agenti olmağımız haqda iddialar isə yanlışdır. Onlar artıq bizim Rusiyadan xəbər toplamaq işmizə və ordakı insanlar üçün təhlükə yaratmağa başlayıb".

Azad Avropa və Azadlıq Radiosunu ABŞ Konqresi maliyyələşdirir.

İyulun 4-də Jurnalistləri Beynəlxalq Müdafiə Komitəsi-nin yaydığı bəyanatda bildirilirdi ki, Rusiyanın bir sıra jurnalistlər və bloqqerlərə “xarici agent” damğası vurması, azad informasiya axınının qarşısının alınması yönündə hakimiyyətin yeritdiyi “müntəzəm siyasətdə” sonuncu addımdır.

Bəyanatda qeyd edilir ki, Rusiya Dövlət Dumasının informasiya və rabitə məsələləri üzrə komitəsi elə həmin gün qanunvericiliyə, hakimiyyətin sıravi şəxsləri “xarici agent” elan etməsinə imkan yaradan düzəlişi təsdiqləyib. Söhbət Ədliyyə nazirliyinin “xarici agent” hesab etdiyi kütləvi informasiya vasitələrində (KİV) çalışan şəxslərdən gedir.

Qanun layihəsinə görə,həmin şəxslər hər il yoxlamadan keçməli və iki illik fəaliyyətləri barədə hesabat verməlidirlər.

Qanun layihəsinin qüvvəyə minməsi üçün onu Parlamentin hər iki palatası və prezident Vladimir Putin də təsdiqləməlidir.

Rusiyanın Ədliyyə nazirliyi ötən ilin dekabrında “Amerikanın səsi”, “Azad Avropa və Azadlıq Radiosu” və bir neçə informasiya agentliklərini xarici agent adlandırıb.

Rusiyanın Ukraynaya təcavüzü və 2016-cı ildə ABŞ-dakı prezident seçkilərinə mümkün müdaxiləsindən sonra Vaşinqtonla Moskva arasında münasibətlər kəskin gərilib.

XS
SM
MD
LG