Accessibility links

Malayziya təyyarəsi Rusiyadan gətirilmiş raketlə vurulub


Beynəlxalq təhqiqatçılar 2014-cü ildə Ukraynanın şərqində qəzaya uğramış Malayziya sərnişin təyyarəsinin Rusiyadan Ukraynaya gətirilmiş raketlə vurulduğunu təsdiqləyib.

Təhqiqatçılar qrupunun rəhbəri Uilbert Paulissen deyib ki, dəlillər daha əvvəl Hollandiya Təhlükəsizlik İdarəsi tərəfindən aparılan təhqiqatın nəticələrini təsdiqləyib.

“Cinayət təhqiqatının nəticəsindən belə məlum olub ki, 2014-cü il iyulun 17-i MH 17 təyyarəsi 9-M-83-38 seriyalı raketlə Buk zirehli maşınından vurulub. Bu növ zirehli maşın isə Rusiya Federasiyasının ərazisindən gəlib” -deyə Uilbert Paulissen bildirib.

Təhqiqatçılar raketin Rusiya-tərəfdarı separatçıların nəzarətində olan ərazidən atıldığını bildirib.

Bununla belə Rusiya bildirib ki, radarlar Ukraynanın şərqində separatçıların nəzarətində olan ərazidən raketin atıldığını qeydə almayıb.

Amsterdamdan Kuala Lumpura uçan təyyarədə olan 298 sərnişin hadisə nəticəsində həlak olub.

XS
SM
MD
LG