Accessibility links

Rusiya mediası Putinin təzyiqləri altında


"On ildən çoxdur ki, mən müstəqil jurnalistika üçün regional səviyyədə məkanın kəskin dərəcədə azaldığını gördüm" - deyə, Moskvada fəaliyyət göstərən müstəqil jurnalist Artyom Filatov Amerikanın Səsinə bildirib.

Prezident Vladimir Putinə geniş səlahiyyətlər verən konstitusiyaya dəyişikliklərlə bağlı səsverməsdən əvvəl "Exo Moskvı" radiosunun keçmiş jurnalisti bunları deyib: "Putinin idarəetmə sistemi haqqında tənqidi hesabatlar çox azdır. Və Moskvadakı bir çox media da dövlət və ya dövlətin korporasiyalarının nəzarəti altındadır”.

Putin 2000-ci ildə hakimiyyətə gələndən bəri Rusiyada xəbər mediasını və tənqidçiləri xeyli məhdudlaşdırıb. Bu addımlar 2014-cü ildə bloggerləri təhdid edən qanunun, 2019-cu ildə isə internetə nəzarətə dair qanunun qəbul edilməsini və jurnalistləri cəzalandırmaq üçün istifadə edilə biləcək ekstremizm, xarici müdaxilə və saxta xəbərlərə dair tədbirləri əhatə edir.

Dövlət şirkətlərinin və ya Putin tərəfdarlarının media şirkətlərini alması jurnalistlərin senzuraya görə işlərini tərk etməsinə səbəb olub. Bəzi müstəqil xəbər agentlikləri işlərini davam etdirə bilsə də, bəziləri müdaxilədən və qisasdan qorunmaq üçün xaricdə fəaliyyət göstərir.

Cəzasızlıq mühiti təhdidlərin artmasına səbəb olub. 2000-ci ilin yanvar ayından bəri azı 25 jurnalist işləri ilə əlaqədar qətlə yetirilib. Lakin Jurnalistləri Müdafiə Komitəsinə (CPJ) əsasən, bunlardan yalnız birində - Novaya Gazeta-nın müxbiri Anastasiya Baburovanın işi ilə bağlı ədalətə nail olunub. 2015-ci ildə Moskva məhkəməsi Baburovanı qətlə yetirən ekstremist bir qrupun liderini ömürlük həbs cəzasına məhkum edib. Qətl hadisəsində şübhəli bilinən digər iki nəfər isə 2011-ci ildə mühakimə olunub.

Jurnalistləri Müdafiə Komitəsinin Avropa və Orta Asiya proqramının rəhbəri Gülnoza Səid Amerikanın Səsinə müsahibəsində Moskvanın konstitusiya səsverməsindən sonra kursu dəyişəcəyinə şübhə ilə yanaşdığını deyib. "Kremlin müstəqil medianı boğmaq siyasətini yüngülləşdirmək ehtimalı yoxdur" - deyə, o bildirib.

Gülnoza Səidin narahatlıqları əsassız deyil. İyulun 1-i səsvermədən bəri Rusiyada xəyanətdə günahlandırılan keçmiş jurnalist İvan Safronov və "terrorizmə haqq qazandırmaqda" ittiham edilən Svetlana Prokopyeva da daxil olmaqla, çox sayda şəxslər həbs və mühakimə edilib.

Hökumət iyulun 9-da müxalifətin "Açıq Rusiya" qrupunun ofisi və "MBX Media" radio stansiyasında reydlər keçirib.

Şərhlərə bax

XS
SM
MD
LG