Accessibility links

Müsəlman ruhaninin öldürülməsi ilə əlaqədar 4 şübhəli ələ keçirilib


Rusiya rəsmilərinin bildirdiyinə görə, müsəlman ruhaninin öldürülməsi ilə əlaqədar 4 şübhəli ələ keçirilib.

Rusiyanın Tatarıstan regionunda müsəlmanların müqəddəs Ramazan ayının başlaması ərəfəsində dini liderlərə hücum olub. Onlardan biri həlak olub.

Perzident Vladimir Putin hücumları regionda gərginliyin artmasına ciddi siqnal olduğunu bildirib.

Tatarıstanın müftisi İldus Faysov Kazanda onun avtomobilində yerləşdirilmiş bombanın partlaması nəticəsində xəsarət alıb. Müftinin müavini Valiulla Yakupov isə evinin qarşısında güllə ilə vurulub öldürülüb.

Faysov və onun Yakipov Tatarıstanda mötədil islamı təbliğ edən və radikal ideyaların yayılmasına qarşı mübarizə aparan dini liderlər kimi tanınırdı.
XS
SM
MD
LG