Accessibility links

Rusiya ən iri neft istehsalçısına çevrildi


2012-ci ildə Rusyada neft hasilatı post-Sovet dövrünün ən yüksək həddinə çatıb.

Rusya enerji nazirliyinin məlumatları göstərir ki, neft və qaz hasilatı keçən ilə nisbətən bir faiz artıb və gündəlik hasilat 10.4 milyon barrelə çatıb.

Hazırki neft hasilatı Səudiyyə Ərəbistanı geridə qoyur və bu Rusyanın dünyanın ən böyük neft istehsalcısına çevirir.

Rusyanın neft və qaz sektoru ümumi büdcə gəlirinin təxminən yarısını təşkil edir. Ancaq hökümət Rusiyanın qlobal neft qiymətlərindən asılılığını azaltmaq üçün iqtisadiyyatda diversifikasiya aparmağa çalışır.
XS
SM
MD
LG