Accessibility links

Putin Rusiyanın yeni Olimpiya Oyunları keçirə biləcəyini deyib


Dünya Kubokuna sahiblik etdikdən sonra Rusiya prezidenti Vladimir Putin bildirib ki, onun ölkəsi növbəti Yay Olimpiya Oyunlarından birinə ev sahibliyi edə bilər.

RİA Novosti xəbər agentliyinin 1980-ci ildən bəri ilk dəfə olaraq Rusiyanın Yay Olimpiya Oyunları keçirə biləcəyi haqqında sualına Putin, bu barədə dərin təhlil aparılmasa da, ölkədə nəhəng beynəlxalq yarışlar keçiriləcəyi cavabını verib.

Rusiya 2014-cü ildə Soçidə Qış Olimpiya Oyunları keçirdi. Həmin olimpiadada rusiyalı atletlərin dopinqdən istifadəsi ittihamları, bu il Pyonqçanqda keçirilən növbəti Qış Olimpiya Oyunlarında ölkənin idmançılarının neytral bayraq altında çıxış etməsi ilə nəticələndi.

Rusiyanın ev sahibliyi edə biləcəyi növbəti Yay Olimpiya Oyunları 2032-ci ilə nəzərdə tutulan yarışlardır. Belə ki, Tokio, Paris və Los Anceles müvafiq olaraq 2020, 2024 və 2028-ci illərdə keçiriləcək Yay Olimpiya Oyunlarlnın ev sahibi kimi təsdiq ediliblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG