Accessibility links

Rusiya prezidenti Birləşmiş Ştatlara səfər edir


Cənab Medvedev Kaliforniya ştatına dünən gəlib

Rusiya prezidenti Dmitri Medvedev iki ölkə arasında ticarət əlaqələrinin möhkəmləndiriməsi və biznes əməkdaşlığını müzakirə etmək üçün Birləşmiş Ştatlara səfər edir. Cənab Medvedev Kaliforniya ştatına dünən gəlib. Rusiya lideri bu gün Kaliforniyanın Silikon Vadisində yüksək texnologiya şirkətlərinin rəsmiləri ilə görüşəcək.

Ölkəsinin iqtisadiyyatını müasirləşdirməyə çalışan Rusiya prezidenti ölkəsində Silikon Vadisi kimi ABŞ stilli texnoloji mərkəz açmaq istəyir. Çümə axşamı isə cənab Medvedev Vaşinqtonda ABŞ prezidenti Barak Obama ilə görüşəcək. Ağ Ev bu yaxınlarda liderlərin ölkələr arasında ticarət əlaqələri və investisiya qoyuluşu yollarını müzakirə edəcəklərini bildirmişdi.

XS
SM
MD
LG