Accessibility links

Putin bizneslər və işçilərə dəstək məqsədi ilə əlavə tədbirlər təklif edib


Çərşənbə günü prezident Vladimir Putin koronavirus böhranı dövründə bizneslərə və işçilərə dəstək məqsədi ilə əlavə tədbirlər təklif edib və deyib ki, Rusiya dağıdıcı səbəblərə görə iqtisadiyyatını bağlaya bilməz.

Putin federal və regional hökumətlərə vətəndaşları dəstəkləmək üçün əlavə tədbirlər planı hazırlamağı tapşıraraq, Rusiyanın virusun yayılmasına qarşı mübarizədə qarşıdan gələn iki-üç həftənin kritik olduğunu deyib.

Bundan əvvəl Rusiya prezidenti koronavirusla bağlı vəziyyətlə xalqa müraciət edib. O, yalnız dövlət rəsmiləri, banklar, apteklər, nəqliyyat və insanların həyatı üçün mühüm olan digər müəssisələrin işləyəcəyini bildirib və vətəndaşları evdə qalmağa çağırıb.

Xüsusilə işsizlik müavinətlərinin indeksləşdirilməsini irəli sürən Rusiya prezidenti 12 min rubldan az maaş alan və 3 yaşına qədər uşaqları olan ailələrə 5 min rubl ödəniləcəyini deyib.

O, kiçik və orta bizneslər üçün vergi ödənişlərinin altı aylıq, daha böyük müəssisələr üçün isə eyni sosial ödənişlərin təxirə salındığını elan edib.

XS
SM
MD
LG