Accessibility links

Vladimir Putin "xarici agent" qanununu imzaladı


Rusiya prezidenti Vladimir Putin bazar ertəsi insan haqları qruplarının ölkədə media azadlığına hədə olacağını deyərək, tənqid etdikləri qanuna imza atıb. Bu qanun hökumətin bəzi insanları xarici agentlər adlandırmasına icazə verəcək.

Sovet dönəmindən qalan bu `xarici agent` qanunu ilk dəfə Rusiyada 2012-ci ildə qüvvəyə mindi və hökumətə qeyri-hökumət təşkilatları və insan haqları qruplarını xarici agent kimi etiketləmə səlahiyyətini verdi.

Xarici agent qanununun genişləndirilməsi fərdi şəxslər də daxil edilməklə, artıq müstəqil müşahidəçilərin və blogerlərin ölkədəki fəaliyyəti ilə bağlı narahatlıqlar doğurur.

Human Rights Watch başda olmaqla, bir neçə insan haqları qrupu qanunun ləğv edilməsi yolunda təşəbbüsə çağırıb.

Qanuna əsasən xaricdən pul alan bir şəxsin yayımladığı bütün materiallar xarici agent tərəfindən yayımlanma kimi qiymətləndiriləcək. Qanunda həmçinin xarici medianı yayan hər hansı bir şəxsə xarici agent adı verilə biləcəyi deyilir.

Rusiya qanunvericiliyi qondarma xarici agentlərdən haradan maliyyələşdirildikləri, məqsədləri, pullarını necə xərclədikləri və menecerləri barədə mütəmadi hesabat təqdim etmələrini tələb edir.

XS
SM
MD
LG