Accessibility links

Rusiya Qafqazda: yardımçı yoxsa pozucu?


evans
evans
İyunun 20-də Vaşinqtonda qərargahlanan Transatlantik Münasibətlər Mərkəzində “Tərəfdaş yoxsa Pozucu: Rusiyanın Qafqazadkı Rolu” başlığı altında debat keçirildi. Debatçılar ABŞ-ın Azərbaycan və Ermənistandakı sabiq səfirləri Riçard Kauzlariç və Con Evans idi. Cənab Kauzlariç Rusiyanın milli maraqları naminə Qafqazda dayanıqlı sülhə maneə olduğunu, Con Evans isə bir çox sahələrdə ABŞ-la Rusiya arasında əməkdaşlığın mümkün olduğunu qeyd etdi.
Debat: Rusiya Qafqazda
please wait

No media source currently available

0:00 0:04:29 0:00

Con Evans hazırkı Rusiya Federasiyasının sələfi Sovet İttifaqından xeyli fərqləndiyini və onun beynəlxalq arenada davranışının bu mənada fərqli olduğunu önə çəkdi. Ermənistanda səfir olduğu müddətdə Rusiyaya tərəfdaş gözü ilə baxmağı öyrəndiyini deyən Evans hər bir situasiyanı müvafiq kontekstdən dəyərləndirməyə çağırdı. “Mən ABŞ-ı Ermənistanda təmsil edərkən qısa bir zamanda Rusiyanın oradakı səfiri ilə razılaşdıq ki, bizim maraqlarımız üst-üstə düşür. Biz Rusiya və Fransa ilə Ermənsitan-Azərbaycan münaqişəsini həll etmək itisqamətində yaxından əməkdaşlıq etmişik. Amma Gürcüstan başqa məsələdir,” deyə Evans bildirdi.

Riçard Kauzlariç Rusiyanı birmənalı şəkildə mənfi faktor kimi dəyərləndirməyə tərəddüd göstərdiyini dedi. Onun sözlərinə görə Sovet İttifaqınn dağılmasından sonra ABŞ öz xarici siyasətində bir sıra səhvlərə yol verdi, vaxtında lazım olan işləri görmədi. O biri tərəfdən Rusiya hələ də sabiq Sovet respublikalarının tam müstəqil və suveren dövlət olduqlarını qəbul etmir.

Cənab Kauzlariç auditoriyaya xatırlatdı ki, 1994-cü ildə Azərbaycanla-Ermənistan arasında atəşkəs əldə olunması təşəbbüsü məhz Rusiyadan gəlmişdi. Belə görünür ki, Rusiya münaqişənin alovlanmasında maraqlı deyil. Amma Kreml sahibləri hesab edirlər ki, dayanıqlı sülhün bərqərar olması Rusiyanın regiondakı maraqlarına cavab vermir.

“Mən Rusiya tərəfdə Qarabağ münaqişəsinin həllinə maraq görmürəm. Bu cərəyanın kökləri hələ Yeltsin dönəminə gedib çıxır. İdeal situasiya təsəvvür edin ki, burada ermənilər və azərilər sülh əldə edirlər; öz aralarında kamil siyasi, iqtisadi əlaqələr qururlar. Türkiyə Ermənistanla sərhədləri açır və hamı xoşbəxt olur. Rusiya belə bir situasiyada rıçaqdan məhrum olur. Onların rıçaqı yalnız elə bir məqamda olur ki, regionda nə sülh olsun, nə də müharibə. Bu onlara imkan verərdi ki, Bakı və Yerevanla işləsinlər, Minsk prosesini davam etdirsinlər, amma sonda konkret nəticə olmasın.”

Debatçılar razılaşdılar ki, Dağlıq Qarabağ münaqişəsinin həlli təkcə siyasi deyil, həm də ictimai iradə tələb edir. Böyük dövlətlər tərəfləri sülhə çağıra, sövq etməyə çalışa bilərlər. Amma yekunda həm Azərbaycan həm də Ermənistan xalqları sülhə inanmalı və onu qəbul etməlidirlər. Təəssüf ki, bu istiqamətdə irəliləyiş hiss olunmur. Əksinə, son vaxtlar cəbhə xəttində atəşkəsin artan templə pozulması müşahidə olunur.

Riçard Kauzlariç bildirdi ki, ABŞ-ın Kosovonun müstəqilliyini tanıması elə bir presedent yaratdı ki, ruslar Abxaziya və Cənubi Osetiya münaqişələrində bundan arqument kimi istifadə etdilər. Beynəlxalq düzənin əsaslandığı prinsiplər böyük qüdrətlərin maraqlarına uyğun dəyişdikcə ərazi bütövlüyü və suverenlik məsələlərinin müəyyənləşməsində iri boşluq yaranıb. Eyni zamanda Rusiya liderləri anlamalıdırlar ki, onların Cənubi Qafqazda separatçı meylləri dəstəkləməsi Rusiya Federasiyasının gələcəyinə həyati təhlükə törədir. Belə ki, Moskva özü bir çox etnik regionlarda separatçı hərəkatlarla üzləşir.

Cənab Kauzlariç debatın sonunda vurğuladı ki, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda başlıca maneələrdən biri təkcə Rusiya deyil, demokratiya və insan haqlarına hörmət olunmamasıdır. “Ermənistanı deyə bilmərəm, ancaq Azərbaycanda bu, ciddi problemdir,” deyə sabiq səfir bildirdi. Onun sözlərinə görə qarşı tərəflə sülh bağlamağa qadir hökumətlər xalqın dəstəyinə arxalanmalıdırlar. Bunun üçünsə ilk növbdə bu hökumətlərin xalqdan həqiqi mandat alması tələb olunur.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG