Accessibility links

Rusiyada rublun dəyərdən düşməsilə istehlakçılar mağazalara üz tutub


Rusiya istahlakçıları rublun dəyərdən düşməsilə hazırda əlverişli qiytmətlərdən istifadə edib bahalı avtomobil, məişət və elektron texnologiya cihazları alır.

İsveçin ev avadanlığı pərakəndə satış şirkəti IKEA-nın cümə axşamı qiytmətləri artıracağını elan etməsindən sonra alıcılardan ibarət böyük insan kütləsi mağazaya üz tutub. Bəzi mağazalar rekord satışlar barədə xəbər versə də, başqaları rulun dəyərinin daha da düşməsindən ehtiyat edərək, satışları dayandırıb. ABŞ-ın nəhəng texnlogiya şirkəti olan Apple Rusiyada onlayn satışlarını saxlayıb.

Bu gün rulun ABŞ dolları və avroya münasibətdə dəyərinin bir qədər gücləndiyi müşahidə edilbi. Baş nazir Dmitri Medvedev hökumət nazirləri və sənaye rəhbərlərinə Rusiyanın iqtisadi böhrana davam gətirmək üçün kifayət qədər resurslara malik olduğunu deyib.

XS
SM
MD
LG