Accessibility links

Rusiya Slovakiya, Estoniya, Latviya və Litvanın 7 diplomatını ölkədən çıxarır


Rusiya səfirlik işçilərinin qovulmalarına cavab olaraq, aprelin 28-də Slovakiya və Baltikyanı ölkələr olan Estoniya, Latviya və Litvadan yeddi diplomatın çıxarılmasını əmr edib.

Rusiya Xarici İşlər Nazirliyi dörd ölkədən yeddi diplomata bir həftə ərzində Moskvanı tərk etmələrinə göstəriş verib.

Rusiya bu ölkələrin keçən həftə Rusiyanın səfirlik işçilərinin əksəriyyətinin ölkədən çıxarılmasına qərar verən Çex Respublikası ilə “yalançı həmrəylik” nümayiş etdirdiklərini deyib.

Çex Respublikasıl Rusiya casuslarının 2014-cü il bir silah-sursat anbarında baş verən partlayışda əli olduğunu iddia edib. Moskva bu ittihamları rədd edib.

Rusiyanın sərt tənqidçilərindən olan Estoniya, Latviya və Litva Sovet İttifaqından ayrıldıqdan sonra 2004-cü ildə Avropa İttifaqı və NATO-ya üzv olub.

ABŞ-ın təxminən iki həftə əvvəl 2020-ci ildə keçirilən prezident seçkilərinə müdaxilə etdiyini və hökumətin kompüter şəbəkələrində SolarWind hücumları həyata keçirdiyini deməsindən və Rusiyanın 10 diplomatını ölkədən çıxarmasından sonra Polşa ABŞ-a dəstək olaraq, Rusiyanın 3 diplomatını ölkədən çıxarıb.

Rusiya da bunun əvəzində 5 polşalı diplomatın ölkəni tərk etməsinə göstəriş verib.

Dünyaya Baxış

Dünyaya Baxış. Aleksey Navalnı Saxarov Mükafatına layiq görülüb
please wait

No media source currently available

0:00 0:11:19 0:00

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG