Qızıl Meydan, Kreml və Vasili Blajennıy kilsəsi Moskvada Dünya Futbol Çempionatı azarkeşlərinin matçlararası ən çox ziyarət etdikləri yerlərdir. Lakin macəra axtaran bəzi turistləri Sovet dönəminin ən qaranlıq günlərindən danışan tarixi bir bina daha çox cəlb edir.
Bu, sirlər və ruhlar, paranoya və zorakılıqların bir araya gəldiyi evidr. “Sahil evi” adlanan bu bina özündə inqilabın və diktatorluğun tarixinı saxlayır. İnşası 1931-ci ildə başa çatan bu binada Sovet İttifaqı hökumətinin elitası yaşayıb.
Olqa Trifonova bu binadakı 500 mənzildən birindəki “Sahil evi” adlı muzeyə başçılıq edir. “Burada yaşayan insanlara “köhnə bolşeviklər” deyərdilər. Onlar ruhları və ideologiyayaları ilə, eləcə də taleləri ilə biri-birilərinə yaxın insanlar idi.”
Onlar bu binadakı kino-teatr və kafelərdə, kitabxana və idman zallarında dəbdəbəli həyat tərzi sürürdü. Lakin bütün bunlar kommunist ideyaları ilə müşayiət olunurdu.
1930-cu illərdə Sovet lideri İosif Stalin fəhlə sinifini düşmənlərdən qorumaq üçün “genişmiqyaslı təmizlik” işi həyata keçirməyə başladı.
Bir milyon insan həbs, 700 min insan edam edildi. Bu, “Sahil evinin” elitar sakinləri isə birincilər sırasında oldu. Həbslər və insanların yoxa çıxmaları paranoyalara səbəb olurdu. “Binanın sakinləri bir-birinin evinə getməyi dayandırdı. İnsanlar bir-birinə güvənmirdi” deyə, Olqa Trifonova bildirir.
Binanın həbs edilən 800 sakinindən demək olar ki, yarısı edam edildi.
Olqa Trifonovanın mərhum həyat yoldaşı da bu binada böyümüşdü. “Təmizləmə” zamanı onu atası həbs edilmişdi və o, atasını bir daha görməmişdi. Anası isə “QULAQ” həbsxanasına göndərilmişdi.
1976-cı ildə Yuriy Trifonov xatirələri haqda kitab yazır və bu kitab ən çox satılan kitablar arasında olur. “Bu hekayə qorxu haqdadır. Qorxunun insan həyatını tamamilə məhv etməsi haqda.”
Vaxt keçdikcə qorxu yaddan çıxır. Keçən il keçirilən rəy sorğularının nəticələri Stalinin ən nüfuzlu tarixi fiqur olduğunu göstərib.
“Sahil evi” Dünya Futbol Çempoinatına gələn azarkeşlərin ən az maraqlandıqları yerlərdən olsa da, Moskva çayı sahilində Stalinin qəddarlığına şahid olan b bina Moskvanın ən bahalı əmlakları siyahısındadır.
Lakin alıcı tapmaq asan deyil. Daşınmaz mlak idarəsinin başçısı Dmitriy Taqanov: “Alıcıların çoxunu bu binanın keçmişi qorxudur. Hətta gənc nəsil belə burada baş verənlərdən xəbərdardır.”
Stalinin və kommunizm irsinin öz tarixi imicini yaradan nəsil.