Accessibility links

Sankt Peterburqda supermarketdə partlayış etməkdə şübhəli bilinən şəxs həbs edilib


Rusiyanın İnterfaks xəbər agentliyi bildirir ki, çərşənbə Sankt Peterburqda bomba hücumu həyata keçirməkdə şübhəli bilinən şəxs şənbə günü həbs olunub.

İnterfaks xəbər agentliyi “dekabrın 27-də Sankt Peterburqda supermarketdə evdə düzəldilmiş partlayıcı cihazı partladan insanın xüsusi əməliyyat zamanı FSB tərəfindən həbs edildiyini” bildirib.

Məlumatda şübhəli şəxsin Rusiya İstintaq Komitəsində təhvil verildiyi bildirilir. Başqa heç bir məlumat verilməyib.

Çərşənbə baş verən partlayış nəticəsində azı 13 nəfər xəsarət alıb. İŞİD-in bəayantlarına nəzarət edən SITE kəşfiyyat qrupunun bildirdiyinə görə, məsuliyyəti İslam Dövləti militant qrupu üzərinə götürüb.

Cümə axşamı Rusiya prezidenti Vladimir Putin hücumun terror aktı olduğunu deyib.

Putin bu sözləri Suriyada xidmət göstərən rusiyalı əsgərlərə mükafat vermək mərasimi zamanı söyləyib. O heç bir əlavə məlumat paylaşmayıb.

İlkin olaraq müstəntiqlər bunu qətl cəhdi olaraq dəyərləndirib.

Səhiyyə rəsmiləri bildirib ki, zərərçəkənlərin heç biri həyat üçün təhlükəli olan xəsarətlər almayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Antoni Blinken Sudanın Baş naziri ilə danışıb
please wait

No media source currently available

0:00 0:12:27 0:00

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG