Accessibility links

ABŞ və Rusiya prezidentləri Suriya məsələsini müzakirə edib


Bazar günü Ağ Ev bildirib ki, şənbə günü prezident Obama rusiyalı həmkarı Vladimir Putin ilə telefonla danışaraq, Suriyanın mühasirəyə alınmış ərazilərində hərbi əməliyyatları dayandırmaq və oraya humanitar yardımın göndərilməsi üçün keçidin açılmasını müzakirə edib. Obama Rusiyanı prezident Bəşər əl-Əsədə qarşı döyüşən mötədil müxalif qüvvələ qarşı hava hücumlarını dayandıraraq daha konstruktiv rol oynamağa çağırıb.

Bazar günü Münhendə keçirilən təhlükəsizlik konfransında ABŞ Senatoru Con Makkeyn Putinin Suriyada ABŞ-la əməkdaşlıq etməkdə marağı olmadığını bildirib.

Həmin konfransda Suriya müxalifət lideri, sabiq baş nazir Riad Hicab Moskvanı mülki vətəndaşların ölümünə səbəb olan bombardman kampaniyasına görə qınayıb. Cümə günü Münhendəki dünya qüdrətləri həftənin sonunadək bütün hərbi əməliyyatların məhdud dərəcədə dayandırılması üzərində razılıq əldə edib.

Bazar günü isə Türkiyə Suriyadakı kürd hədəflərini atəşə tutub. Orada türk qüvvələri Türkiyə sərhədinə yaxın bir yerdə islamçı üsyançılara qarşı əməliyyatlar keçirir. Onlar ABŞ-ın dəstəklədiyi YPG yarı-hərbi dəstələri muxtar dövlət yaratmaq istəyən PKK-nin tərkib hissəsi olduğunu iddia edir. Portland Dövlət Universitetindən region üzrə təhliçi Piter Bextold türklər və kürdlər arasındakı düşmənçiliyin artıq 100 ildən çoxdur davam etdiyini deyir.

O, həmçinin bildirir ki, Dəməşq Rusiya və İranın yardımı ilə bütün Suriya üzərində hakimiyyət qurmağa çalışsa da, ən azından Hələbdən şimal və Tartus və Latakia limanlarından şimal-şərqə doğru uzanan ərazini geri almağa ümid edir ki, orada höküməti dəstəkləyən ələvilər və xristianlar yaşayır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG