Rusiyanın Müdafiə Nazirliyi Suriyada Amerikanın dəstəklədiyi qüvvələrə qarşı hücumu inkar edərək, qırıcı təyarrələrinin İslam Dövləti yaraqlılarını hədəf aldığını bildirib. Nazirlik ABŞ-ın bu hücumdan əvvəlcədən xəbərdar olduğunu bəyan edib.
Amerikanın dəstəklədiyi qüvvələr şənbə günü Rusiya tərrarələri və Suriyanın Deir-Əl Zor vilayətindəki qüvvələrinin hücumuna məruz qaldığını bildirib.
Suriya Demokrat Qüvvələri, ABŞ-ın rəhbərlik etdiyi koalisiya tərkibindəki kürd və ərəb döyüşçüləri hücum zamanı 6 döyüçünün yaralandığını deyib.
Lakin Rusiyanın Müdafiə Nazirliyinin sözçüsü, general-mayor İqor Konaşenkov bütün bu iddiaları rədd edib. O deyib ki, Rusiya təyyarələri olduqca dəqiqliklə lazımi hədəfləri bombalayıb və bu, müxtəlif mənbələr tərəfindən təsdiqlənib.
İqor Konaşenkov hücumun hədəfinin İslam Dövlətinin nəzərində olan bölgələr olduğunu bildirib.