Accessibility links

Moskvada Swarovski daşlı tabut satılıb


Moskvada Swarovski daşlı tabut satılıb
please wait

No media source currently available

0:00 0:01:46 0:00

Moskvanın Cənazə Evlərinin direktorları getdikcə daha çox insanın adət-ənənəyə məhəl qoymayaraq, təmtəraqlı və bənzərsiz həyatlarını nümayiş etdirməyə çalışdığını deyir.

Bu tabut 60 min Svarovski daşları ilə bəzədilib. Bu, bu yaxınlarda Moskvada keçirilən cənazə ticarət şousunun ən cəlbedici eksponatı idi.

Bu parıldayan qutu həyatı tərk etdikdə bunun onların yaşadıqları həyat tərzi ilə uyğunlaşmasını istəyən müştərilər üçündür. Akropol xidmətindən Vitali Şegelski: "Rusiyada parlaq həyatlarını əks etdirən cənazələrə maraq göstərə biləcək qeyri-adi insanlar var."

Moskva sərgisi üçün xüsusi olaraq hazırlanan bu tabut artıq satılıb.

Bu sənayedə işləyənlər son 10 ildə Rusiyada dəfn mərasimləri sahəsində xeyli dəyişiklik olduğunu deyirlər. Nekropol sərgisindən Boris Yakuşin: “Xüsusi materiallardan və effektlərdən istifadə edirik. Məsələ qiymətdə deyil, məsələ bunun xüsusi olmasındadır. Cənazə mərasimləri fərdi ssenariyaya uyğun həyata keçirilir."

Macarıstanın “Lapidaris” şirkəti Rusiyanın cənazə bazarına müştərilərə qəbiristanlıqdakı baş daşları haqqında məlumatları smartfon vasitəsi ilə skan etməyə imkan verən çipin təqdim edilməsi üçün gəlib. “Biz smart-fonla sadəcə baş daşına toxunur və ölən şəxsin şəkillərini, onun haqda ətraflı məlumat alır, məzarın olduğu yer haqda məlumat alırıq.” deyə, " Lapidaris" şirkətindən Yevgeni Nikitin bildirir.

Bu texnologiya qəbiristanlıqdakı şəraitlə maraqlanan müştərilərə şəkillərə baxmaq imkan verir.

Moskva sərgisi İtaliyanın Tanexpo və Rusiyanın Nekropol şirkətlərinin ortaq layihəsi idi.

XS
SM
MD
LG