Accessibility links

Rusiya The Insider adlı media orqanını "xarici agent" elan edib


Rusiya cümə günü araşdırmaçı media orqanı olan The Insider-ı və beş jurnalisti “xarici agent” elan edib. Kremlin tənqidçiləri bunun seçkiqabağı müstəqil mediaya qarşı təzyiq adlandırır.

Təqiblərin olduğunu inkar edən hökumət “xarici agent” təyinatından xaricdən maliyyəşdirilən təşkilatlara damğa vurmaq üçün istifadə edir.

Bu terminin Sovet dövrünə aid mənfi mənaları var və xarici agent olaraq təyin olunanlar hökumət tərəfindən əlavə təhqiqatlarla üzləşir.

Ədliyyə Nazirliyinin “xarici agentlər” siyahısına əlavə olunan The Insider araşdırmaçı Bellingcat qəzeti ilə Kremlin tənqidçisi Aleksey Navalnının sözlərinə görə, onu öldürmək cəhdi ilə bağlı araşdırma üzərində işləyib.

“The Insider-in Ədliyyə Nazirliyi tərəfindən siyahıya əlavə edilməyimiz nəticəsində, sizə redaksiya heyətimizin həmişəki kimi fəaliyyət göstərməyə və redaksiya siyasətimizi qorumağa davam edəcəyimizi bildirməkdən məmnunuq,” The Insider vebsaytındakı açıqlamasında bildirib.

“Biz oxuyucularımızı tam və senzura olunmamış ictimai məlumatlarla təmin etməyə davam edəcəyik.”

“Xarici agent” damğası media orqanlarından nəşrlərinin “xarici agent funkiyasını yerinə yetirən” media təşkilatı tərəfindən yayıldığını bildirən 24 sözdən ibarət qeyd dərc etmələrini tələb edir.

“Xarici agent” olaraq təyin edilən individual jurnalistlər deyir ki, onlar sosial mediadakı postlarına statuslarını izah edən qeyd əlavə etməlidirlər və ədliyyə nazirliyinə gəlir və xərclərini sadalayan maliyyə hesabatları təqdim etməlidirlər.

The Insider xarici agent siyahısında olan 29-cu media orqanıdır. Onlardan biri VTimes ötən ay xarici agent adlandırılandan sonra reklam verənləri və başqa biznes tərəfdarlarını itirdiyini bildirərək fəaliyyətini dayandırıb.

Cümə günü siyahıya əlavə olunan beş nəfər müxtəlif media orqanlarından olub. Onların arasında ötən həftə milli təhlükəsizlik səbəbilə “arzuolunmaz” elan olunan araşdırmaçı xəbər agnetliyi Proekt-in redaktor müavini Mixail Rubin də var.

Prezident Vladimir Putinin əleyhdarları mediaya qarşı bu addılmarı sentyabrda keçiriləcək parlament seçkilərindən öncə müxalifətə təzyiq olaraq görür. Kreml isə təqiblərin olduğunu inkar edir və Rusiyada mətbuat bazarını canlı və müxtəlif adlandırıb.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG