Accessibility links

Vladimir Putin rus qoşunlarına Ukrayna sərhədindən geri çəkilmək əmri verdi


Rusiya prezidenti Vladimir Putin Ukrayna yaxınlığında hərbi təlimlər keçirən qoşunlara öz bazalarına dönmək əmri verib.

Kreml Ukraynada prezident seçkilərindən cəmi bir neçə gün əvvəl bu elanı verib.

Qərb ölkələri Ukrayna sərhədi yaxınlığına on minlərlə Rusiya qoşununun göndərilməsinə etiraz edib. Onlar mart ayında Krımı ilhaq etməsindən sonra Rusiyanın daha da çox əraziləri zəbt edəcəyindən narahatdırlar.

NATO Rusiya qoşunlarının geri çəkilməsinə dair əlamətlər müşahidə edilmədiyini bildirib.

Kreml eyni zamanda rəsmi Kiyevi Ukrayna qoşunlarını ölkənin şərqindən geri çəkməyə çağırıb.

Ukrayna ordusu və polis ölkənin şərqində Rusiyapərəst qiyamları yatırmağa çalışır.

Ölkənin şərqindəki separatçılar Ukraynadan ayrılaraq müstəqilliklərini elan ediblər. Separatçı aksiyalar hökumət qüvvələri ilə rusiyapərəst dəstələr arasında qanlı toqquşmalarla müşayiət olunub.
XS
SM
MD
LG