Accessibility links

Ukrayna prezidenti birtərəfli atəşkəsin tətbiq edilməsini təklif edib [Fotoqalereya]


Ukrayna prezidenti Petro Poroşenko aylardır regionda davam edən qarşıdurmanı dayandırmaq planının bir hissəsi kimi Ukraynanın şərqində birtərəfli atəşkəsin tətbiq edilməsini təklif edib.

Rusiya xəbər agentliyi cənab Poroşenkoya istinadən bildirib ki, atəşkəs separatçı döyüşçülərə tərkisilah olmaq və Ukraynadan getmək istəyənlərə ölkəni tərk etmək imkanı verəcək.

Poroşenko Rusiya prezidenti Vladimir Putinlə mümkün atəşkəs barədə telefon söhbətindən bir gün sonra bu şərhi edib.

Bu, Rusiyanın Krım yarımadasını ilhaq etməsindən sonra Poroşenko və Putin arasında ikinci birbaşa əlaqədir.
XS
SM
MD
LG