Accessibility links

Kreml: Amerika diplomatının saxlanması iki ölkə arasında qarşılıqlı inamı sarsıtmayacaq


Kreml Mərkəzi Kəşfiyyat Agentliyinin xeyrinə casusluq etməkdə ittiham etdiyi Amerika vətəndaşı Rayen Foqlun məsələsini nəzərdən keçirir. Rusiya rəsmiləri baş verənlərə görə təəsüf hissi keçirildiyini bildirir.

Prezident Putinin sözçüsü Dmitri Peskov Rayen Foqlun rusiyalı kəşfiyyat zabitini Mərkəzi Kəşfiyyat Agentliyində işləməyə cəlb etməsinin soyuq müharibə dövrünün keçmiş rəqibləri arasında etibar yaradılması işinə xidmət etmədiyini bildirib.

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin işçiləri bazar ertəsi gecə ABŞ-ın Moskvadakı səfirliyinin üçüncü katibini casusluğa cəlb etmək istədiyi rusiyalı agentə küllü miqdarda pul, parik, mikrofon və yazılı təlimat verərkən həbs edib.

Rusiya dövlət televiziyası Foqlun həbs edilməsi haqda məlumat verib. Video görüntülərdə eləcə də Foqun iddia edildiyi kimi casusluq fəaliyyətini əks etdirən əşyalar nümayiş etdirilib.

Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün məsələ ilə bağlı ABŞ-ın Rusiyadakı səfiri Maykl Makfolu öz ofisinə çağırıb. Makfol görüşdən sonra açıqlama verməyib.
XS
SM
MD
LG