Accessibility links

Rusiya xarici işlər nazirinin müavini Şimali Koreyadadır


Rusiya xarici işlər nazirinin müavini Şimali Koreyadadır
Rusiya xarici işlər nazirinin müavini Şimali Koreyadadır

Rusiya xarici işlər nazirinin müavini Aleksey Borodavkin danışıqlar məqsədi ilə Şimali Koreyaya səfər edir. Şimali Koreyanın rəsmi KCNA xəbər agentliyinin məlumatında cənab Borodavkinlə ölkənin xarici işlər naziri Pak Ui Çonun görüşünün dostluq şəraitində keçdiyi bildirilsə də, danışıqların detalları barədə məlumat verilmir.

Aleksey Borodavkin iki ildən artıqdır Şimali Koreyanın nüvə proqramı ilə bağlı altıtərəfli danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edir. Beynəlxalq ictimaiyyətin tənqidləri ilə üzləşdiyinə görə müzəkirələri dayandıran Şimali Koreya bu yaxınlarda Çin və Rusiyanın dəstəyi ilə danışıqların bərpasına çağırır.

XS
SM
MD
LG