Accessibility links

Rusiya yüzlərlə Ukrayna vətəndaşına və şirkətinə qarşı sanksiyalar tətbiq edib


Rusiya Ukraynanın 322 vətəndaşına və 68 şirkətinə qarşı sanksiyalar tətbiq edib. Rusiya hökuməti başçısı Dmitri Medvedev cümə axşamı müvafiq sərəncam imzalayıb. Moskva bildirir ki, bu, Kiyevin Rusiya vətəndaşlarına və hüquqi şəxlərinə qarşı tətbiq etdiyi sanksiyalarına cavabdır.

Sanksiyalar siyahısında ukraynalı siyasətçilər, biznesmenlər və hakimlər var. Onların arasında daxili işlər naziri Arsen Avakov, “Batkivşina” partiyasının rəhbəri Yuliya Timoşenko, sabiq baş nazir Arseniy Yatsenyuk, “Naftoqaz” dövlət enerji şirkətininin rəhbəri Andrey Kobolev, Rusiyada qadağan edilmiş “Pravıy sektor” partiyasının sabiq lideri Dmitri Yaroş və Ukrayna prezidentinin oğlu, Yuxarı Radanın deputatı Aleksey Poroşenkonun adları var.

Sanksiyalara düşən hüquqi şəxslər arasında ölkənin sənaye və kənd təsərrüfatı müəssisələri, o cümlədən Ukrayna şirkətlərinin paylarına sahib olan xarici təşkilatlar var.

Xüsusi iqtisadi tədbirlər Rusiya ərazisində yerləşən hesabların, qiymətli kağızların, mülkün dondurulması və ölkədən kapitalın çıxarılmasının bloklanmasını nəzərdə tutur.

XS
SM
MD
LG