Accessibility links

Rusiyada anti-amerikanizm [Təhlil]


Barak Obama da daxil olmaqla xarici liderlərə qarşı irqçi hücumlar normaya çevrilib

Bu həftə Washington Post-da dərc olunan köşə yazısında 2001-ci ildən 2009-cu ilədək ABŞ Dövlət Departamentinin Demokratiya və Beynəlxalq Əlaqələr üzrə katib müavini vəzifəsində çalışmış Paula Dobryanski, həmçinin Ronald Reagan və George H. W. Bush administrasiyaları dönəmində Ədliyyə Nazirliyində çalışmış rəsmi David Rivkin bildirib ki, əksəriyyətinin hökümət tərəfindən nəzarət olunan Rusiya mediasında habelə rus cəmiyyətində prezident Barak Obama daxil olmaqla digər xarici liderlərə qarşı irqçi hücumlar artıq bir normaya çevrilib.

Problem nə qədər çətin olursa, anti-amerikanizmə tələb bir o qədər çox artır.

“Rusiyanın çap və elektronik media kanallarında Obamanı “tənbəl” və “bacarıqsız” kimi təsvir edən xəbərlər yer alır,” deyə onlar bildirir. Dükanlarda Obamanı meymun obrazında təsvir edən maşın etiketləri, posterlər və köynəklər satılır. Hətta bir dəfə Rusiyada bir şəhərə balaca uşaqlar Obamanın posterini vurmaq üçün yarışmaya dəvət olunmuşdu. Dəfələrlə Obamanın posterləri yandırılıb və zooparkdakı heyvanlara onun adı verilib ki, buna Volqoqrad zooparkındakı qara donuz balası da daxildir.

Rusiya üzrə təhlilçirən dediyinə görə, prezident Vladimir Putin Rusiyadakı anti-amerikan əhvalın artmasında rol oynayıb, onun Amerika ilə bağlı səsləndirdiyi fikirlər də qəbulolunmaz hesab edilir.

Ötən ay keçirilən ənənəvi yekun mətbuat konfransında ABŞ-la münasibətlərin bərpasının zəruriyyətindən söz açan Putin, eyni zamanda nalayiq ifadələrdən istifadə edərək Türkiyə höküməti və amerikalıları təhqir edib.

Rusiya Jurnalistlər İttifaqının sabiq katibi, hazırda isə İctimai Bilik Fondunun sədri olan İqor Yakovenko düşünür ki, xarici siyasət məsələləri ilə bağlı ictimai diskussiyalarda bu cür nalayiq sözlərdən istifadə etmək stimulu “yuxarıdan gəlir.”

“Açığı, Rusiya prezidentinin problemli keçmişi bəyanatlarının üslubuna təsir göstərir və onun bu üslubu insanların da bu cür münasibət göstərməsinə nümunə olur,” deyə Sankt-Peterburqun qaranlıq küçələrində böyüyüən Putinə istinad edərək Yakovenko bildirir. “Biz siyasətçilər, televiziya aparıcıları və jurnalistlər arasında geniş yayılmış kobudluq müşahidə edirik. Bunu görməmək mümkün deyil.”

Yakovenkonun sözlərinə görə, bəzi Rusiya siyasətçiləri Birləşmiş Ştatların afro-amerikalı prezidentinə qarşı açıq-aşkar irqi hücumlar edirlər və bu, onların siyasi gələcəklərinə heç bir mənfi təsir göstərmir.

“Normal bir ölkədə, bu, onun cəza almasına səbəb olmasa da, siyasi karyerasının başa çatmasına gətirib çıxarardı. Amma Rusiyada bu, baş vermir və bu trend elə prezidentin özü tərəfindən təyin olunub. ” deyə o bildirir.

Məsələn, demək olar ki, heç bir rusiyalı heç bir zaman Amerikaya gəlməyib, amma buna baxmayaraq insanlar hər yerdə - işdə, evdə - Amerikadan danışır.

Yakovenko hakimiyyətdəkilərin çox köhnə xürafatlardan istifadə etdiyini deyir. “Bir tərəfədən hər bir irqçilik və anti-semitizmin bir bədəli olur. Gələcəkdə isə Rusiya cəmiyyətini “putinləşdirmədən” təmizləmək üçün səylər göstərilməli olunacaq,” deyə o bildirir.

Ötən noyabr Moskvanın İqtisadiyyat Universitetinin sosioloqu Lyubov Borusyak və Levada Mərkəzinin sosial və mədəni elmlər üzrə departamentinin rəhbəri Aleksey Levison Rusiyadakı “anti-amerikanizm” dalğasının “çətin daxili problemlərdən qaçış yolu” olduğunu yazmışdılar.

“Problem nə qədər çətin olursa, anti-amerikanizmə tələb bir o qədər çox artır. Rusiyada böhranın təsirləri daha kəskin şəkildə hiss olunmağa başlayanda, anti-amerikan hisslər sürətlə artır. Sorğu nəticələrinin də göstərdiyi kimi, ABŞ Rusiyaya düşmən sayılan ölkələr siyahısında ən öndə gedir,” deyə onlar yazıblar.

Müstəqil siyasi təhlilçi Dmitri Oreşkin isə Putinin seçdiyi bu kursdan təəcübləndiyini deyir.

“Bu yol açıq-aydın bir şəkildə deqradasiyaya aparır. Mədəniyyət çox mürəkəb bir şeydir, onu sadələşdirən isə barbarlardır. Ona görə də, biz ölkənin özünə həm daxili həm də xarici düşmən axtardığını müşahidə edirik. Amerikaya qarşı nifrət və düşmənçilik də elə bundan irəli gəlir,” deyə o bildirir.

Oreşkinin sözlərinə görə, bu cür münasibət bilərəkdən insanlara aşılanır ki, onlarda “dünya ilə bağlı ikili baxış yaransın. Və elə Lenin də hakimiyyətə bu yolla gəlib, Stalin isə bu yolla hakimiyyətdə qalıb.”

“Məsələn, demək olar ki, heç bir rusiyalı heç bir zaman Amerikaya gəlməyib, amma buna baxmayaraq insanlar hər yerdə - işdə, evdə - Amerikadan danışır. Hər yerdə eyni şeydən bəhs edirlər: ‘Amerika bizi əhatə edib, hər yerdə öz hərbi bazasını yerləşdirib.’ Bu, elə bil heç kəsin sübut olunmasını istəmədiyi bir aksiomdır,” deyə Oreşkin bildirir.

Amerikanın imici tamamilə saxtadır və Putin bundan rejimini qoruya bilmək üçün istifadə edir.
Oreşkin

“Amerikanın imici tamamilə saxtadır və Putin bundan rejimini qorumaq üçün istifadə edir,” deyə Oreşkin əlavə edir.

İqor Yakovenko da anti-amerikanizmi Kremlin Rusiya cəmiyyətini hərəkətə keçirmək səylərinin əsas elementi olaraq görür.

“Bu, bir cəmiyyətin ortaq düşmənə qarşı birləşməsi üçün şərtdir və ən mükəmməl düşmən də təbii ki, Amerikadır,” deyə o bildirir.

XS
SM
MD
LG