Accessibility links

Rusiyada 1 həftəlik seçkilərin ilk günü fəallıq cəmi 9,2% olub 


Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) prezident Vladimir Putinin hakimiyyətinin 12 il uzadılmasına zəmin yaradan konstitusiya dəyişikliklərinə bir həftə çəkəcək səsvermənin birinci günündə seçicilərin cəmi 9 faizinin iştirak etdiyini bildirib.

MSK-nın iyunun 26-da bildirib ki, bir gün qabaq 10 milyondan artıq seçici səs verib. Bu da qeydiyyata alınmış seçicilərin hamısının cəmi 9,2 faizi deməkdir. Bu saya məsafədən onlayn səs verənlər də daxildir.

Seçki rəsmiləri bildiriblər ki, Moskva və Nijni Novqorodda onlayn səsvermə üçün müraciət edənlərin 52,8 faizi səs verib. Bu isə təxminən 618 200 bülleten deməkdir.

Putin bu ilin əvvəlində konstitusiya islahatlarının həyata keçirilməsini təklif edib. Baxmayaraq ki, qanunla tələb olunmasa da, o, islahatların ümumxalq səsverməsinə çıxarılmasında təkid edib.

Putinin hakimiyyət iələ keçirmək cəhdi müxalifət üzvlərinin və insan haqları qruplarının kəskin tənqidlərinə səbəb olub.

Hazırkı qaydalara əsasən Putinin üç dəfə ard-arda altı illik prezident seçilməsi qadağandır. Lakin konstitusiya dəyişiklikləri təsdiqlənərsə Putinin əvvəlki prezidentlik müddəti sıfırlanacaq. Və beləcə o, 2024-cü ildə hazırkı prezidentlik müddəti bitəndən sonra yenidən namizədliyini verə biləcək.

Səsvermənin etibarlı sayılması üçün tələb olunan minimum səs sayı yoxdur. Lakin təhlilçilərin fikrincə, Kreml narahatdır ki, seçici sayının aşağı olmasının konstitusiya dəyişikliklərinin legitimliyini sarsıda bilər.

İyulun 1-də ümumxalq səsverməsi günü koronavirus səbəbi ilə kütləvi axının qarşısının alınması məqsədi ilə məntəqələr iyunun 25-dən açılıb. Və beləcə 1 həftə boyunca açıq qalacaq.

İlkin olaraq aprelin 22-nə planlaşdırılan səsvermə pandemiyaya səbəbi ilə təxirə salındı. Səsvermə məntəqələrinə gedə bilməyənlər isə iyunun 10-dan erkən səs verməyə başlayıb. Lakin indidən jurnalistlər və müxalifət nümayəndələri səsvermədə baş verən qanun pozuntularından şikayətlənirlər.

“Dojd” televiziyasının jurnalisti və aparıcısı Pavel Lobkov bildirib ki, səhər Moskvadakı bir seçki məntəqəsində səs verib. Lakin bir saat sonra o başqa bir mənəqədə əvvəlcədən onlayn olaraq qeydiyyatdan keçdiyinə görə yenidən səs verə bilib.

Rusiya müxalifət lideri Aleksey Navalnıy Lobkovun videosu internetdə göründükdən sonra tvit ataraq yazıb ki,"İş bağlandı ... Sistem iki səs saydı. Hər şey videoya çəkilib. Bu şəkildə hər bir dövlət işçisindən 30 lehinə səs veriləcəyi aydındır ”.

XS
SM
MD
LG